Arxiv
15 İyun 2019, 22:54 | ƏDƏBİYYAT
“Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala

Keçmiş həyat yoldaşına olan aliment borcuna görə həbs olunan, daha sonra başda millət vəkili Qənirə Paşayeva və və digərlərinin vasitəçiliyilə azad edilən şair Murad Köhnəqala olayla bağlı açıqlama verib.

Modern.az-ın məlumatına görə, M.Köhnəqala sosial şəbəkədəki açıqlamasında bildirib:

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra Appelyasiya məhkəməsinin qərarı ilə müvəqqəti azadlığa buraxıldım. Buna görə hörmətli millət vəkili Qənirə Paşayevaya və BAMF-ın rəhbəri, əziz dostum Umud Rəhimoğluna minnətdarlığımı bildirirəm.

Həbsdə qaldığım üç gün ərzində gənc dostum Kəramət Böyükçölün təşkilatçılığı ilə ödəniləcək məbləğin bir qismi (2700 manat) da yığılıb və siyahı ilə mənə təqdim olunub. Bu siyahıda AYB-nin sədri hörmətli Anar müəllim başda olmaqla xüsusi təşəkkür edəcəyim adamlar var, sağlıq olsun, problem tamamilə həll olunduqdan sonra dəstək göstərən hər kəsə ayrılıqda öz təşəkkürümü bildirəcəm.

Əziz dostlar, hazırkı durumum belədi, borcun qalan hissəsi qısa bir müddətdə ödənilməsə, barəmdə cinayət işinin açılması və məni həbs cəzası gözləyir.

Məsələ burasındadır ki, məhkəmə mənim işsiz olduğumu nəzərə almadan, hər iki övladımın 18 yaşından sonrakı ali təhsil mərhələsini də üstünə gələrək ən yüksək məbləğdə aliment təyin edib. Övladlarımın xətrinə məhkəmənin bu qərarından şikayət etməmişəm. Məni tanıyanlar bilir, məhkəmə, bank, rəsmiyyət məsələlərini sevmədiyimə görə yardımları çox vaxt qeyri-rəsmi formada, yaxud ödəniş qəbzlərini saxlamadan ödəmişəm. Keçmiş həyat yoldaşımın bütün bunları nəzərə almayaraq məhkəməyə təkrar-təkrar şikayəti əsasında barəmdə məlum qərar çıxarılıb. 
Soruşa bilərsiniz ki, bəs, nə üçün sənin aliment borclarını biz ödəməliyik? Əvvala, mən bunu “sənin balan mənim balamdı” deyən dostlarımdan umuram. Mənim necə həssas bir ata olduğumu, övladlarıma, eləcə də bütün uşaqlara sevgimi, onların gələcəyinə görə necə narahatlıq keçirdiyimi tanıyanlar bilir. Başqa səbəblərə görə həbs olunsaydım mənə bu qədər təsir etməzdi. Bilsəm ki, övladlarımın xoşbəxtliyi ömürlük həbsimdən keçir, mən ona da razı olaram. Ama, mən həbs olunsam uşaqların rifahımı artacaq? Azərbaycanda yüzlərlə mənim kimi yazıçı-şair var ki, onların da qarşısına 12 min 350 manatlıq problem çıxarsa həbs olunarlar. Sözsüz ki, özümü bu yerdə günahsız da saymıram. Hərdən düşünürəm, bəlkə elə mən özüm anadan günahkar doğulmuşam. Aydındır ki, mövcud şərait və şərtlərlə qısa zaman ərzində bu məbləği ödəməyim mümkün deyil. Ümidim isə məni içəridə yox, çöldə görmək istəyən dostlarımadı!

P.S. Yardım etmək istəyən şəxslərin Kəramət Böyükçöllə əlaqə saxlaması xahiş olunur. Tel: 055 745 50 71”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FHN rəsmisi yanğınlara görə, “Sədərək”in rəhbərini İTTİHAM ETDİ   18 Fevral 2020, 12:44 “Sədərək”dəki yanğından ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ 18 Fevral 2020, 12:42 Rusiyada azərbaycanlı qardaşlar bıçaqlaşdı 18 Fevral 2020, 12:39 BMU aliminin elmi məqaləsi İsveçrədə dərc olunub   18 Fevral 2020, 12:34 Azərbaycanın ən yaşlı sakininin adı AÇIQLANDI 18 Fevral 2020, 12:28 Mehriban Əliyeva vətəndaşların problemlərinin həllində var qüvvəsi ilə çalışır - PA-nın şöbə müdiri 18 Fevral 2020, 12:22 Nazirlik: ““Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir” 18 Fevral 2020, 12:16 “Azəriqaz”ın rəhbəri baş mühəndisi işdən çıxardı - 270 əməkdaşı ilə bağlı intizam-tənbehi tədbiq etdi 18 Fevral 2020, 12:10 Qarabağda erməni əsgərlər kütləvi şəkildə intihar edir - FAKTLAR 18 Fevral 2020, 12:04 Tahir Mirkişili ATƏT PA-nın qış sessiyasında iştirak edəcək 18 Fevral 2020, 11:58 DOST mərkəzlərinin sayı 31-ə çatdırılacaq - Süleyman İsmayılov 18 Fevral 2020, 11:52 İlham Əliyev Paşinyan üzərində mənəvi və psixoloji qələbəsi ilə tarixə düşdü - Əli Əhmədov 18 Fevral 2020, 11:45 “Yerli bazarda satışa çıxarılan qızıl vergi və rüsumlarla yüklənib” 18 Fevral 2020, 11:39 Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı 18 Fevral 2020, 11:20 Avropa azərbaycanlıları Berlinin mərkəzində Dilqəmlə Şahbazın azadlığını TƏLƏB EDƏCƏK 18 Fevral 2020, 11:17 Zərgərlik fəaliyyətilə bağlı İşçi Qrupu yaradılır 18 Fevral 2020, 11:13 Şəffaf fəaliyyət göstərən şəxslərə güzəştlər olunacaq - Mikayıl Cabbarov 18 Fevral 2020, 11:12 Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır 18 Fevral 2020, 11:08 Prezident mükafatçısı: BANM ölkədə ən qabaqcıl ali təhsil müəssisələrindən biridir - FOTO 18 Fevral 2020, 11:04 Bakıda yanan evdən qadın meyiti tapıldı 18 Fevral 2020, 10:58 Dövlət Agentliyi "20 Yanvar" dairəsilə bağlı Baş nazirə müraciət etdi  18 Fevral 2020, 10:52 “Sədərək”dəki yanğında xəsarət alan şəxs evə buraxıldı 18 Fevral 2020, 10:46 “Azərişıq”dan villa, otel sahiblərinə XƏBƏRDARLIQ - Adları ictimaiyyətə açıqlanacaq 18 Fevral 2020, 10:40 İcra başçısı köməkçisini işdən çıxardı 18 Fevral 2020, 10:37 Ayaz Salayev: “Space TV çox səviyyəli kanaldır” 18 Fevral 2020, 10:34 "Aqrolizinq"də ciddi nöqsanlar AŞKARLANDI 18 Fevral 2020, 10:28 Bir gündə qəzalarda 2 nəfər öldü 18 Fevral 2020, 10:22 Fərid Şəfiyev: “Cenevrə görüşü son illərin ən gərgin danışıqları idi” 18 Fevral 2020, 10:16 "Sədərək"də 1000 kv metr ərazi yandı - RƏSMİ 18 Fevral 2020, 10:10 Maliyyə Nazirliyi 3 qurumdakı yoxlamaların nəticələrini prokurorluğa göndərdi - RƏSMİ   18 Fevral 2020, 10:04 Övladlığagötürmə ilə bağlı qaydalar DƏYİŞDİRİLDİ   18 Fevral 2020, 09:59 Baş prokurorun müavini Goranboya gedir 18 Fevral 2020, 09:56 Sədərəkdəki yanğın avtobusların hərəkətini məhdudlaşdırdı 18 Fevral 2020, 09:53 Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən tələbələr evə buraxıldı - RƏSMİ 18 Fevral 2020, 09:48 Dünyanın qəribə dəfn adətləri – ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar… 18 Fevral 2020, 09:42