Arxiv
16 İyun 2019, 11:26 | AKTUAL
Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib  

Yaponiya hökuməti ABŞ-dan Ormuz boğazında iki tankerə İran tərəfindən hücumun təşkili ilə bağlı daha çox sübut tələb etdiyini bəyan edib.

 

Modern.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə ABŞ-a sorğu dövlət katibi Mayk Pompeonun hücumla bağlı heç bir dəlil gətirmədən İranı ittiham etməsindən sonra göndərilib. Bundan bir qədər sonra ABŞ Müdafiə Nazirliyi Yaponiyaya məxsus “Kokuka Courageous” tankerinin göyərtəsindən İrana məxsus olduğu güman edilən patrul gəmisinin partlamamış minanı götürməsini əks etdirən video yayımlayıb. Lakin Yaponiya hökumətindəki mənbələr bunun fakt olmasına şübhə ilə yanaşıblar. Yüksək vəzifəli məmurlardan biri bildirib ki, ABŞ-ın izahı şübhələrin dağılması üçün əsas vermir.

 

Yaponiya hökuməti hazırda müxtəlif kanallar, o cümlədən xarici işlər naziri Taro Kono vasitəsilə daha konkret sübutlar axtarır.

 

İyunun 13-də mətbuat konfransında M.Pompeo elan edib ki, kəşfiyyatın məlumatları, əməliyyatın icrası üçün istifadə edilən silahlar, təcrübə səviyyəsi, bu yaxınlarda İran tərəfinin gəmilərə hücumu və ərazidəki digər qrupların həmin əməliyyat üçün kifayət qədər ehtiyatlara və bacarığa malik olmaması ABŞ-ın həmin nəticəyə gəlməsinə əsas verib.

 

Lakin Ş.Abeyə yaxın olan mənbələr bunların İran tərəfini günahlandırmaq üçün kifayət etmədiyini bildiriblər. Hətta həmin mənbə deyib ki, ABŞ-ın sadəcə təsdiq etməsinə əsaslanaraq, Yaponiya buna inana bilməz.

 

Xarici İşlər Nazirliyindəki mənbə isə bildirib ki, hücumun icrası üçün təcrübəyə gəlincə, yalnız İran deyil, eyni zamanda ABŞ və ya İsrail də təqsirləndirilə bilər.

 

Xatırladaq ki, tankerlərə hücum Ş.Abenin İranın Ali rəhbəri Əli Xameneyi ilə Tehranda görüşü zamanı baş verib.

 

Baş nazirə yaxın mənbə bildirib ki, bu hücum ABŞ ilə İran arasında vasitəçi olmağa çalışan Baş nazirin nüfuzuna böyük zərbə vurub. Bu mənbə deyib ki, məsələ çox ciddidir və faktların dəqiqləşdirilməsi zamanı səhvə yol vermək olmaz.

 

Yaponiya hökuməti hücuma görə kimin məsuliyyət daşıması ilə bağlı hələlik şərh verməkdən çəkinir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48 Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik" 28 May 2020, 16:46 İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq” 28 May 2020, 16:28 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır 28 May 2020, 16:23 İran XİN Azərbaycan xalqını təbrik edib 28 May 2020, 16:08 Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb 28 May 2020, 15:55 "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib 28 May 2020, 15:43 Müstəqilliyin RİTMİ 28 May 2020, 15:41 Siyasi partiyaların qurultay hazırlığı – “Karantin bitən kimi...” - SORĞU 28 May 2020, 15:36 Xüsusi Dövlət Mühafizə Xidmətinin “əməkdaşı” İFŞA OLUNDU 28 May 2020, 15:20 Deputat: “Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı indiki kimi görmək istəyirdilər 28 May 2020, 15:13 Tarixdə iz qoyanlar: Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli 28 May 2020, 15:06 Pakistanın baş naziri İlham Əliyevi təbrik edib 28 May 2020, 14:44 Azərbaycan Xalq Cümhuriyyətinin 6 düşməni – FOTO 28 May 2020, 14:35 Əmanət amanatı 28 May 2020, 14:33 İranda daha 2 258 nәfәr koronavirusa yoluxub 28 May 2020, 14:21 Cümhuriyyət Hökuməti xalqımızın tarixində böyük iz buraxıb - Deputat 28 May 2020, 14:20 Gəncədə tanışını öldürən keçmiş məhkum saxlanıldı 28 May 2020, 14:10 Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi – Deputat yazısı 28 May 2020, 13:51 Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ 28 May 2020, 13:40 Prezident və birinci xanım AÇILIŞDA 28 May 2020, 13:31 Koronavirus insandan bu heyvanlara keçə bilər 28 May 2020, 13:15 Sabah 37 dərəcə isti olacaq 28 May 2020, 12:56 Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib 28 May 2020, 12:40 Bakı və Sumqayıtda it döyüşlərini təşkil edənlər SAXLANILDI 28 May 2020, 12:29 “Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ 28 May 2020, 12:20