Arxiv
17 İyun 2019, 10:56 | MƏDƏNİYYƏT
Bədbəxt varislər - Bir ailənin FACİƏSİ

Modern.az saytının “Art Time” rubrikasında “Varislər”dən bəhs edirik. Söhbətr hansı “Varislər”dən gedir, oxuyub biləcəksiniz...
  
Ailə də, kiçik bir cəmiyyətdir deyiblər. Bütün dövrlərdə, bütün ailələrdə bədbəxt və xoşbəxt insanlar olur. Bəs bir ailənin bütün övladları bədbəxt olursa, bu, birbaşa olaraq kimin günahıdır? Valideynlərin, övladların, yoxsa cəmiyyətin? Cavab vermək bir az çətin görünür, amma onu deyə bilərəm ki, Burqan kişinin bütün övladları bədbəxt oldular. Günahkar isə yalnız Burqan kişi idi. Özü həyatda olmasa da, yasına yığışan övladları bu ocaqda necə bədbəxt olduqlarını anladılar. Bədbəxt dedikdə - bu insanlar öz varlıqlarını unudan, kiminsə mənfur istəyinin qurbanı olan, nə şəxsi həyatlarında,  nə də cəmiyyətdə özlərini təsdiq edə  bilən insanlara çevriliblər. Həqiqətən insanın ən böyük faciəsi də məhz özünü unudub, nə üçün yaşadığını bilmədikdə olur. Əgər Burqan kişinin vaxtsız ölümü olmasaydı, ailəsiylə bağlı heç bir sirrin üstü açılmayacaqdı.
Haqqında danışdığım Burqan kişi vaxtilə kəndin ən hörmətli adamlarından biri idi. O öz şəxsiyyət və mənfəətini həmişə hər şeydən üstün tutardı. El arasında belə deyim var: Başqasının bədbəxtçiliyi üzərində qurulan xoşbəxtlik, xoşbəxtlik deyildir.

“Varislər”tamaşasını izləyəndə məhz bu məsəl yadıma düşdü. Burqan kişi şəxsi xoşbəxtliyi üçün oğlu Bəynəzərə güzəştə getməyərək, arvadı öləndən sonra oğlunun sinif yoldaşı və sevgilisi Əminə ilə evləndi. Hələ bu harasıdır? Pula olan hərisliyi üzündən öz doğma oğlu Bəybulatın öz şərikini öldürməsinə göz yumdu  və cəmiyyətdə işi, hörməti olan bir insanı küçə əyyaşına çevirdi. Elə bir əyyaş ki, kənddə bütün insanların qapısında bir araq şüşəsindən ötrü səhərdən axşama kimi işləyirdi. Burqan kişinin ən böyük günahı isə vaxtilə müasirliyə doğru can atan böyük qızı Banatı evdən qovması olmuşdu. Təklik, biçarəlik və acizlik isə Banatı vaxtından da tez əxlaqsız bir qadına çevirmişdi.
Məncə yaxşı  ata ən zəif iradəli övladı da güclü birinə çevirə bilər. Köməksiz, aciz bir qadını səfil halda cəmiyyətə buraxmaq isə baş verə biləcək hər bir uğursuzluqla barışmaq deməkdir. Təbii ki, qadın istəsə, təmiz vicadanı ilə, min bir əziyyətə qatlaşıb   dişi və dırnağı ilə həyatın yazılmış sərt qanunları ilə mübarizə aparmaqla namusunu sonadək qoruya bilər. Amma bu faktdır ki, belə qadınların sayı bütün cəmiyyətlərdə çox az olur. Əksər hallarda qadınlar Banat kimi öz ayaqalrı üstündə durmaq üçün həyatın yazılmamış qanunlarına boyun əyməli olurlar.

Tatar dramaturqu İlgiz Zeyniyevin yaratdığı “Banat” obrazı da həyatın bütün qanunlarına vaxtından tez boyun əymişdi. Banatın şəhərdə təkbaşına böyütdüyü oğul övladının atası məlum deyildi. Banat həyatda elə ağır zərbələr almışdı ki, bu hal onu heç narat etmirdi.

Tamaşanı izlədiyim zaman əməkdar artist Nəsibə Eldarovanın bu obrazı mükəmməl ifasından yan keçmək mümkün deyildi. Banatın (Nəsibə Eldarova) səhnədə yandırdığı hər bir siqaret, sanki onun taleyinə ağlayırdı. İllər sonra atasının onu qovduğu evə yenidən gələn Banat, hətta atasının məzarını düzəltdirmək üçün pul da gətirmişdi. Bəlkə də onun puluyla atasına məzar daşı düzələsəydi, Burqanın ruhu dözməyib o məzarı çatladacaqdı. Nə bilmək olar bəlkə də qızının övlad qeyrətindən utanacaqdı... Amma hadisələr göstərdi ki, Burqanın qəbri torpaq olaraq da qaldı.


Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi “Varislər” tamaşasında Burqan kişinin digər övladı Bəyazit isə bir başqa  cür bədbəxt idi. Oxuyub həkim olsa da, yaşı ötmüş və hələ də ailə sahibi olmamışdı. Kənddə sevdiyi qız Aysulunu (Simuzər Ağakişiyeva) əxlaqsız biri kimi qiymətləndirən Burqan kişi, oğlunun onunla evlənməsinə icazə verməmişdi. Amma sən saydığını say, gör fələk nə sayır. Bəyazit də atasının qırxına az qalmış Aysulu ilə evləndi. Bu evlilik isə ona çox baha başa gəldi. Məhz bu vəziyyəti gördükdə anladım ki, Burqan kişi qəddar olsa da, uzaqgörən imiş. Yəni öz aramızdır, hər necə olursa olsun, arada böyük sözü də dinləmək lazımdır.

Bəyazit rolunun ifaçısı, əməkdar artist Rasim Cəfər idi. Onu adətən özünəməxsus sadə və soyuqqanlı ifa tərzi ilə tanıyırdım. Amma bu tamaşada sanki qarşımda bir başqa Rasim var idi. Səhnədə bir nəriltilər qoparırdı ki, bilmədim səhnə buna dözməyərək titrəyirdi, ya mən yerimdə qorxudan titrəyirdim.Amma onu dəqiq bilirəm ki, Rasim elə Rasimdir. Hansı rolu ifa edirsə, öz mükəmməl ifa tərzi ilə seçilməyi bacarır...

Bəynəzər rolunu Azərbaycan və Kalmıkiya respublikasının Əməkdar artisti  İlham Əsədov oynayırdı. Elə ilk səhnələrdən obraza olan ciddi münasibəti aktyorun öz sənətinə verdiyi dəyərin bariz göstəricisi idi. Bəzən gözündəki sevinc, bəzən üzündəki kədər onu izləyən hər kəsi düşündürürdü. İllər öncə itirdiyi sevgilisi atası ilə ailə qurmuş və bir qızı olmuşdu... Təbii ki,bu halı aktyor qəlbinin fonunda yaşayan İlham Əsədov oynadığı obrazı izləyicilərə xeyli sevdirməyi bacardı.

Tamaşadakı bütün aktyor ifaları düzgün və dəqiq qurulmuşdu. Təbii ki bu da, aktyorların obraz həllərini dəqiq bilmələrindən irəli gəlirdi. Amma hər tamaşanın xüsusilə fərqlənən, çox sevilən və yadda qalan  bir obrazı olur. Aktyorun sevilməsi üçün həmişə müsbət obrazı icra etməsi mütləq deyildir. Əsl aktyor odur ki, mənfi obraz ilə də, qəlblərə yol tapa bilsin.

“Varislər” tamaşasında da, ən çox yadda qalan obraz - Kəlimulla obrazı idi. O Kəlimulla ki, vaxtilə Burqan kişi ona salam belə vermirdi. Ona da Kəlimulla deyərlər... Ölümündən sonra Burqan kişinin onsuz da çökməkdə olan evini elə dağıtdı ki, heç fələk də bu evi  belə dağıda bilməzdi. Bu Kəlimulla nələr etmədi ki...  Qəbiristanlığdakı ağacları kəsib satdı, görüşdüyü və hamilə buraxdığı Aysulunu Bəyazitə ərə verdi, hətta arvadı Zeynəbin (Nübar Novruzova) otaqda ağzını bağlayaraq, evə başqa qadınlar da gətirdi. Amma “ev dağıdanın evi dağılsın” deyiblər. Arvadı Zeynəb də dözməyərək Kəlimullanın evinə elə od qoydu ki, evdəki hər şey yanaraq, kül oldu. Kəlimullanın ağsaqqallıq etdiyi Burqanın evi isə  o hala düşdü ki, Bəyazit (Rasim Cəfər) sonda benzin tökərək evin daşını daş üstündə qoymadı. Yazıq Bəybulat (Manaf Dadaşov) da evdə diri-diri yandı.

Keçək Kəlimullanın aktyor ifası tərəfinə. Bu rolun ifaçısı Xalq artisti Qurban İsmayılov, dublyoru isə Əməkdar artist Elşən Çarhanlı idi. Hər iki ifa mükəmməl idi. Xalq artisti Qurban İsmayılovun bir az zəhmli görünən sifəti bu böyük aktyorun obraza qatdığı kiçik komedik elementlərlə obrazı şəxsən mənə çox sevdirdi. Alqışlardan anlaşılırdı ki, zal da  bu barədə mənimlə həmfikirdir. Əməkdar artist- Elşən Çarhanlının isə mülayim sifəti bəzən elə sərt reaksiyalar verirdi ki, bu təbii aktyor ifasının qarşılığında özümü tamaşanın içində hiss edirdim.

 
Gələk əsas məsələyə... Bu cür dünyəvi problemlərlə bütün dövrlərdə aktual ola biləcək bir pyesi Azərbaycan səhnəsinə gətirdiyi üçün rejissor Bəhram Osmanova çox böyük təşəkkür düşür. Bəhram Osmanov yaradıcılığı ilə illər öncə məhz Gənc Tamaşaçılar Teatrında izlədiyim “Müharibə” (“Mən gəldim qızlar”) tamaşası ilə tanış olanda anlamışdım ki, rejissorun quruluş verdiyi tamaşa sözün həqiqi mənasında tamaşaçını düşündürməyi bacarır. Məhz o tamaşanı izlədikdən sonra mütəmadi olaraq Gənc Tamaşaçılar Teatrına gəlməyə başladım. Əgər hər bir rejissor quruluş verdiyi tamaşa ilə teatra ən azı bir izləyici qazandırırsa, bu artıq yaradıcılıq uğuru sayıla bilər.

8-9 iyun tarixlərində premiyerası baş tutan “Varislər” tamaşası haqqında fikirlərim çoxdur. Məşqlərində iştirak etdiyim bu tamaşanın hazırlanmasında quruluşçu rejissor Bəhram Osmanovun zəhməti danılmazdır. Son ana kimi bütün səhnələri incələdi, qurdu, bir sözlə yaratdı. Tərini silə-silə, bəzən də silmədən, bir ayağı səhnədə, bir ayağı zalda külqabıya tökdüyü siqaret kötüklərini saymadan, bu tamaşanı ərsəyə gətirə bildi. Ona yaratmaq, bizə isə alqışlamaq və tamaşadan zövq almaq qalacaq.

Tamaşada bir çox məhşur aktyorlar - Xalq artistləri Qurban İsmayıl, Nübar Novruzova, Əməkdar artistlər İlham Əsədov, Elşən Çarhanlı, Rasim Cəfər, Nəsibə Eldarova, aktyorlar Manaf Dadaşov, Simuzər Ağakişiyeva, Gülbəniz Lətifova və başqaları iştirak edirdilər. Qeyd edək ki, “Varislər” tamaşası bu il teatr mövsümünün sonuna kimi  Gənc Tamaşaçılar Teatrının repertuarında olacaqdır...

 

 

 Leyla Əsədullayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48 Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik" 28 May 2020, 16:46 İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq” 28 May 2020, 16:28 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır 28 May 2020, 16:23 İran XİN Azərbaycan xalqını təbrik edib 28 May 2020, 16:08 Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb 28 May 2020, 15:55 "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib 28 May 2020, 15:43 Müstəqilliyin RİTMİ 28 May 2020, 15:41 Siyasi partiyaların qurultay hazırlığı – “Karantin bitən kimi...” - SORĞU 28 May 2020, 15:36 Xüsusi Dövlət Mühafizə Xidmətinin “əməkdaşı” İFŞA OLUNDU 28 May 2020, 15:20 Deputat: “Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı indiki kimi görmək istəyirdilər 28 May 2020, 15:13 Tarixdə iz qoyanlar: Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli 28 May 2020, 15:06 Pakistanın baş naziri İlham Əliyevi təbrik edib 28 May 2020, 14:44 Azərbaycan Xalq Cümhuriyyətinin 6 düşməni – FOTO 28 May 2020, 14:35 Əmanət amanatı 28 May 2020, 14:33 İranda daha 2 258 nәfәr koronavirusa yoluxub 28 May 2020, 14:21 Cümhuriyyət Hökuməti xalqımızın tarixində böyük iz buraxıb - Deputat 28 May 2020, 14:20 Gəncədə tanışını öldürən keçmiş məhkum saxlanıldı 28 May 2020, 14:10 Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi – Deputat yazısı 28 May 2020, 13:51 Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ 28 May 2020, 13:40 Prezident və birinci xanım AÇILIŞDA 28 May 2020, 13:31 Koronavirus insandan bu heyvanlara keçə bilər 28 May 2020, 13:15 Sabah 37 dərəcə isti olacaq 28 May 2020, 12:56 Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib 28 May 2020, 12:40 Bakı və Sumqayıtda it döyüşlərini təşkil edənlər SAXLANILDI 28 May 2020, 12:29 “Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ 28 May 2020, 12:20 Rusiyada koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçib 28 May 2020, 12:16 Avropada çimərliklər məhdudiyyətlərlə açılıb 28 May 2020, 12:09 Azərbaycan nefti ucuzlaşıb 28 May 2020, 11:57