Modern.az

Ümumdünya Turizm Təşkilatının Bakı sessiyasında bir ilk YAŞANDI

Ümumdünya Turizm Təşkilatının Bakı sessiyasında bir ilk YAŞANDI

18 İyun 2019, 13:54

"Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasında 23 il sonra bir ilk yaşanıb".

 

Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili deyib:

 

O bildirib ki, sessiya çərçivəsində 23 illlik fasilədən sonra Amerika Birləşmiş Ştatları ilk dəfə BMTÜTT-ə yenidən təmsil olunmaq və təşkilata üzv olmaq istədiyini bəyan edib.

"Bizim ABŞ-ın dəstəyinə böyük ehtiyacımız var".

Baş katib əlavə edib ki, sessiyada dünyanın 5 qitəsindən 40 ölkənin nümayəndələri iştirak edib.

"Bütün iştirakçılara Azərbaycanda qalmağı, mədəniyyəti ilə tanış olmağı və mətbəxini dadmağı tövsiyə edirəm"-deyə Zurab Polikaşvili fikirlərinə əlavə edib.

 

O bildirib ki, Azərbaycan neft istehsal edən dövlət kimi bu potensialı ölkənin turizm məkanına çevrilməsi üçün səmərəli istifadə edib.

 

"Azərbaycanın daha böyük beynəlxalq tədbirlər keçirmək üçün potensialı var".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI