Modern.az

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

18 İyun 2019, 16:51

Bu gün UEFA Çempionlar Liqasında 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

Modern.az xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ”ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

"Qarabağ" ötən mövsüm ÇL-in 2-ci təsnifat mərhələsində də Albaniya təmsilçisi ilə üz-üzə gəlmişdi. Həmin vaxt ağdamlıların rəqibi "Kukesi" klubu olmuşdu.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi