Modern.az

İyunda 11 nəfəri ilan sancıb

İyunda 11 nəfəri ilan sancıb

20 İyun 2019, 10:37

Azərbaycanda iyun ayında 11 nəfəri ilan sancıb. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinin baş həkimi, baş toksikoloq Azər Maqsudov bildirib.

 

A.Maqsudovun sözlərinə görə ilan sancanlardan 4 nəfərin vəziyyəti ağır olub:

 

“Hamısına lazımi yardım göstərilib, müalicələrini alıblar. 11 nəfərdən sonuncusu hazırda xəstəxanadadır, vəziyyəti yaxşılaşdığı üçün evə yazılacaq”.

Baş toksikoloq deyib ki, müraciət edənlərdən 2 nəfəri azyaşlı olub:

 

“Ümumilikdə 6 nəfəri qadın, 2 nəfəri azyaşlı, 3 nəfəri kişilərdir. Onlardan 2 nəfər Bakıətrafı kəndlərdən gətirilmişdi. Əsas etibarilə Hacıqabul, Şirvan, Qəbələ, Şəmkir, Yevlaxdan daha çox müraciətlər olub”.

A.Maqsudovun sözlərinə görə, bu ay ərzində qara qurd, əqrəb sancması ilə bağlı məsləhət xarakterli müraciətlər daxil olub:

 

“Ümumilikdə, may, iyun ayları ərzində ilan, qara qurd, əqrəb sancmasından ölən olmayıb”.

 

Qeyd edək ki, bu ilin aprelində 6 nəfər, mayında 14 nəfər ilansancması ilə Bakı Şəhər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsi müraciət edib. Beləliklə, 3 ay ərzində ilan sancması ilə müraciət edənlərin sayı 31-ə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi