Arxiv
20 İyun 2019, 11:18 | TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

Modern.az xəbər verir ki, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə  birbaşa vakansiya seçiminə qatıla və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin  ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu təkzib etdi 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53 Türkiyədə zəlzələ oldu 12 İyul 2020, 20:41 “Qurban Abbasov” gəmisinin 19 heyət üzvü COVID-19-a yoluxdu 12 İyul 2020, 20:19 AzTV şəhidlərə görə konserti ləğv etdi 12 İyul 2020, 20:14 Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi - YENİLƏNİB 12 İyul 2020, 20:03 XİN cəbhədəki vəziyyəti ŞƏRH ETDİ: Düşmən yeni mövqelər ələ keçirmək İSTƏYİB 12 İyul 2020, 19:27 Müdafiə Nazirliyi erməniləri TƏKZİB ETDİ: Ərazi itkisinə yol verilməyib 12 İyul 2020, 18:58 Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA 12 İyul 2020, 18:49 Özbəkistanda koronavirusa yoluxanların sayı açıqlandı 12 İyul 2020, 18:05 İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötdü 12 İyul 2020, 17:59  Makkenzi ABŞ-ın ən varlı qadını oldu 12 İyul 2020, 17:49 Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdi     12 İyul 2020, 17:33 İtki verən düşmən geri oturdulub, şəhidlərimiz var - RƏSMİ 12 İyul 2020, 17:25 Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub 12 İyul 2020, 17:21 İranda son sutkada virusdan 194 nəfər dünyasını dəyişib 12 İyul 2020, 17:16