Arxiv
21 İyun 2019, 10:13 | DİASPOR
Nyu Yorkun azərbaycanlı rəssam-heykəltəraşı

Azərbaycanda rəssamlıq və heykəltəraşlığın nəsildən-nəslə ötürülməsi artıq bir ənənə halını alıb. Bu gün sizə Sumqayıtın rəmzinə çevrilmiş “Sülh göyərçini” abidəsinin və eləcə həmin şəhərdə ucalan İmadəddin Nəsiminin heykəlinin iki müəllifindən biri- əməkdar rəssam, mərhum Asim Quliyevin oğlu Emin Quliyevdən söhbət açmaq istəyirəm.


O, 1961-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. Sonra dörd il Əzim Əzimzadə adına Rəssamlıq məktəbində tam orta təhsil alıb. 1981-1987-ci illərdə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alaraq heykəltəraş ixtisasına yiyələnib. 1987-1989-cu illərdə əsgəri xidmətdə olub. 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirib. 1992-2004-cü illərdə Azərbaycan Rəssamlar İttifaqında çalışıb. Sonra iki il ailəsi ilə birlikdə Afrikada, Sudanın paytaxtı Xartum şəhərində yaşayıb. Bir il SSRİ Rəssamlar İttifaqının üzvü olsa da, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-ci ildən isə ABŞ-ın Nyu York şəhərində məskunlaşıb…


...Ömür-gün yoldaşı Nərminə Ziyatlı Azərbaycanın böyük oğlu Cavad xanın kötücəsidir. BMT-nin Nyu York ofisində çalışır. İki oğlu vardır. Böyük oğlu Cavid 29, ikinci oğlu Teymur 21 yaşındadırlar...

Emin Quliyev Nyu Yorka gələndən sonra üç il müstəqil rəssam-heykəltaraş kimi öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olub. 2009-cu ildən “My Way” inkişaf mərkəzində heykəltaraşlıq və rəssamlıq üzrə sənət direktoru vəzifəsində çalışır. İndiyədək qırxdan çox yetirməsi ABŞ-ın rəssamlıq məktəb və kolleclərinə qəbul ola bilib...

Deyir ki, - “Arzum daha çox rəssam və heykəltaraş yetişdirmək olub. Şükür Allaha ki, buna nail olmuşam. Böyük uğurlara imza atan yetirmələrim var. Bundan qürur duyuram”...

2019-cu ilədək altı müxtəlif sərgidə əsərləri ilə iştirak edib. Bu il isə Nyu Yorkun "Susan Eley Fine Art Gallery" və "Artifact Gallery"sində iki fərdi sərgisi keçirilib. Onun amerikalı yetirmələrinin rəsmlərindən ibarət “My Way to like Azerbaijan”, “Mənim Qarabağdan keçən yolum” adlı iki albom katoloq artıq işıq üzü görüb…

…Zəhməti heç də diqqətdən kənarda qalmayıb. Bruklinin meri tərəfindən yeniyetmələrin inkişafına verdiyi töhfəyə görə iki dəfə fəxri fərmanla təltif olunub. Sonuncu mükafatı isə Nyu York şəhər konsulluğundan alıb…

Rəsmləri əsasən yağlı boya ilə işləyir. Portret janrında sifarişlər qəbul etsə də, adətən avanqard janrda çəkməyə üstünlük verir. Hazırladığı heykəltəraşlıq nümunələri isə bir başqa aləmdir. Xocalı soyqrımına həsr olunan, bürüncdən yaratdığı “Qarabağ ağrısı” əsərinin isə Nyu Yorkun görməli yerlərindən birində ucalmasını arzulayır. Ümumiyyətlə, Emin Quliyevin maraqlı əsərləri çoxdur. Onların arasında xalqımızın böyük oğlu Heydər Əliyevin, ölkəmizin rəhbəri İlham Əliyevin, eləcə də qeyrət nümunəsi Cavad xanın heykəllərini nümunə gətirmək olar…

Şən, gülərüz, mehriban, qayğıkeş adamdır. Mübahisə etməyi xoşlamır. Səs-küylü yerlərlərdən uzaq olmağa, daha çox emalatxanada çalışmağa üstünlük verir. Öz işindən zövq alır. Əsərləri ilə vətənimizi təbliğ etməkdən yorulmur. Necə deyərlər, qürbətdə yaşasa da, ürəyi Azərbaycanladır. Nyu Yorkda fəaliyyət göstərən azərbaycan cəmiyyətləri ilə daim əlaqə saxlayır. Onların tədbirlərində fəal iştirak edir.


Söhbətimiz boyu Azərbaycan kəlməsi dilindən düşməyən bu soydaşımızın ən böyük arzusu Qarabağın tezliklə işğaldan azad olunmasıdır...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36