Arxiv
21 İyun 2019, 12:59 | İQTİSADİYYAT
İslahatlar daha geniş və əhatəli olacaq

Ölkə başçısının iyunun 20-də imzaladığı bir neçə sərəncamla Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyində dəyişiklik oldu. Belə ki, dəyişikliklərlə daxili işlər naziri Ramil Usubovu Vilayət Eyvazov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevi general-mayor Əli Nağıyev əvəz etdi. Ölkə başçısının digər sərəncamı ilə Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi. Kadr dəyişikliklərindən sonra ictimaiyyətdə gedən müzakirələrdə əhalinin böyük kəsiminin səhiyyə və bəzi digər sahələrdən narazılıqları aydın görünür.

Maraqlıdır ki, ölkə rəhbərinin iradəsindən asılı olaraq aparılan dəyişikliklər narazılıq olan sahələri də əhatə edə bilərmi?

Modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.

 

Vahid Əhmədov saytımıza bildirib ki, Prezident İlham Əliyevin iyunun 20-də imzaladığı sərəncamlar hələ ötən ildən start verilən kadr islahatlarının bir hissəsidir:

“Gedişat göstərir ki, islahatlar daha geniş və əhatəli olacaq. 2018-ci il Prezident seçkilərindən sonra Azərbaycanda köklü iqtisadi, siyasi, sosial, instutsional kadr islahatlarına start verilib. Çox böyük dəyişikliklər həyata keçirilir. Dünən faktiki olaraq daxili işlər nazirini, Dövlət Təhlükəsizlik Xidmətinin rəisini, müdafiə sənayesi nazirini dəyişdi. Ümumiyyətlə, dəyişikliklərin özü çox müsbətdir. Çünki istənilən sahədə dəyişiklik yenilik deməkdir. Kadr islahatı nə qədər ciddi aparılırsa, həmin sahədə bir o qədər dirçəliş, yenilik hiss olunur”.

 


Parlamentari qeyd edib ki, digər sahələrdə də dəyişikliklər gözlənilir:

“Təbii ki, bu, ölkə rəhbərinin səlahiyyətində olan məsələdir. Mən əminəm ki, onun start verdiyi dərin köklü islahatlar digər bloklarda da davam etdiriləcək. Kadr islahatı çox ciddi məsələdir. Çünki bir sahə üzrə kadr bir günə, 1 aya yetişmir. Onun yetişməsi üçün illər lazımdır. O kadr uzun illər bu sahədə çalışıb, nöqsansız, bacarıqlı insandırsa, dəyərləndirmək lazımdır. Təbii olaraq, cənab Prezident də bu nüansları nəzərə alır.

Məsələn, səhiyyə və ya təhsil sahələri ağır və məsuliyyətli sahələrdəndir. İnsanların bu iki sahədən gözləntiləri həmişə yüksək olub. Çünki insanların gündəlik və birbaşa təmasda olduqları sahələrdir.

Hazırda səhiyyə sahəsində kifayət qədər nöqsanlar var. Və 2020-ci ildə icbari tibbi sığorta tam olaraq tətbiq olunmayanadək bu problemlər aradan qalxmayacaq. Biz  prosesi yekunlaşdırmayanadək problemlər dərinləşə bilər. Ona görə də çalışmaq lazımdır ki, icbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə tam tətbiqinə nail olaq.
Problemlərdən biri də dövlət tibb müəssisələrində çalışanların əmək haqqının aşağı olmasıdır. Bunu nəzərə olaraq onların da maaşlarını artırmalıyıq. Yoxsa tibb müəssisələrindəki bəzi nöqsanlar, əhalini narazı salan məqamlar aradan qalxmayacaq. Hansısa nazirlikdə kadr dəyişikliyinə gəlincə, bunu proqnozlaşdırmaq doğru deyil. Çünki bu, ölkə Prezidentinin səlahiyyətində olan məsələdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32 51 abituriyentin qiymətində dəyişiklik edildi 16 İyul 2019, 16:31 “Ermənilər görəcəklər ki, bu bikar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA 16 İyul 2019, 16:18 "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı 16 İyul 2019, 16:11 Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır 16 İyul 2019, 16:06 Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü   16 İyul 2019, 15:57 Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR 16 İyul 2019, 15:30 Sabahın hava PROQNOZU 16 İyul 2019, 15:12 Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI 16 İyul 2019, 15:07 İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi   16 İyul 2019, 14:46 Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb 16 İyul 2019, 14:37 “Qarabağ” Donald Geryeylə yollarını ayırdı 16 İyul 2019, 14:35