Modern.az

“Neftçilər”dəki daha bir məşhur ticarət mərkəzində yanğın - VİDEO- YENİLƏNİB

“Neftçilər”dəki daha bir məşhur ticarət mərkəzində yanğın - VİDEO- YENİLƏNİB

23 İyun 2019, 10:25

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


***

"Neftçilər" metrostansiyası yaxınlığında yerləşən “X-Lady” geyim mağazası yanır. 

Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

****

10:25

"Neftçilər" metrostansiyası yaxınlığında yerləşən “X-Lady” geyim mağazası yanır.

 

Modern.az xəbər verir ki, yanğın baş verən mağaza “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşir.

 

Qeyd edək ki, 2019-cu il martın 29-da "Diqlas" ticarət mərkəzi də yanaraq külə dönmüşdü. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi