Arxiv
11 İyul 2019, 13:43 | DİASPOR
“Diaspor Komitəsi dünyaya səpələnmiş gəncləri birləşdirdi” - XARİCDƏKİ FƏALLAR

İyulun 9-da Şamaxı şəhərində “Nəsimi-650” - Diaspor Gənclərinin II Yay Düşərgəsinə start verilib. Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilən Diaspor Gənclərinin II Yay Düşərgəsində 51 ölkədən 100-dən çox gənc iştirak edir. Modern.az-ın Diaspor Gənclərinin ötənilki I Yay Düşərgəsində iştirak etmiş gənclərlə əlaqə saxlayıb, onların düşərgə barədə fikirlərini öyrənməyə çalışıb.

 

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının həmsədri, "Azərbaycan Diaspor Gəncləri"nin İtaliya üzrə koordinatoru Emin Rüstəmov:


“Mən birinci düşərgənin iştirakçısı olmuşam, hansı ki, Cümhuriyyətin 100 illiyinə həsr olunmuşdu. Birinci düşərgədə 38 ölkədən 150-ə yaxın azərbaycanlı gənc iştirak edirdi. Bir həftə ərzində böyük bir ailə olduq. Tanımadığım, fəaliyyətindən xəbərsiz olduğum onlarla gənc soydaşımızla tanışlıq imkanı əldə etdim. Bu günə qədər də münasibətimiz davam edir, hətta Avropadakı bəzi layihələrdə, tədbirlərdə birgə iştirak edirik. Bu tip layihələri diaspor sahəsində atılmış ən vacib addımlardan biri hesab edirəm. Bilirsiniz ki, gənclər istənilən mövzuda çox əhəmiyyətli gücə, potensiala və nüfuza malikdir. Bu, diaspor sahəsində də belədir. Ona görə də düşərgənin təşkilində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Düşərgənin bir həftə davam etməsinə baxmayaraq, mənə yaxşı dostlar qazandırdı. Böyük bir şəbəkənin əsası qoyuldu. Azərbaycan Diaspor Gəncləri ideyası meydana gəldi və bu ideyanın tam gücüylə gerçəkləşməsi üçün, komanda olaraq əlimizdən gələni etdik, edirik, və edəcəyik”.

E.Rüstəmov bildirib ki, builki II Düşərgədə də çox maraqlı, dəyərli, potensiallı iştirakçılar var:


 

“Bu il Diaspor Gənclərinin 2-ci yay düşərgəsi dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr olunub. Birincidən fərqli olaraq, bu layihəyə 50-dən çox ölkədən gənclər qatılıb. İtaliyada yaşadığım üçün, İtaliyada müraciət edən xeyli gəncə düşərgənin əhəmiyyətindən bəhs etmişdim. Bu il İtaliyadan müraciət edənlərin sayı ötən ilə nisbətən daha çox idi. Fürsətdən istifadə edib iştirak hüququ qazanmış gənc dostlarımızı təbrik edir, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, kollektivinə bu cür əhəmiyyətli və maraqlı layihələr üçün təşəkkür edirəm”.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında magistr üzrə təhsil alan İlahə Ələkbərova deyib ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvüdür:

“Eyni zamanda, Azərbaycan diaspor  təşkilatında çalışıram. Rusiya cəmiyyətində də aktiv ictimai-siyasi fəaliyyətlə məşğulam, vətənlə də əlaqəmi kəsmirəm. Ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şəkidə  keçirilən Diaspor Gənclərinin I Yay Düşərgəsində mən də iştirak etmişdim. Bu təşəbbüsü Azərbaycanın diaspor hərəkatında yeni bir mərhələyə qədəm qoyduğunu və diaspor fəaliyyətlərinin sistemləşməsi üçün böyük əhəmiyyət daşıdığını düşünürəm. Düşərgə olduqca effektiv keçmişdi. I Yay Düşərgəsinin nəticəsi olaraq biz “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaratmışıq və bir il ərzində bu şəbəkə ətrafına iki minə yaxın gənc azərbaycanlı topladıq. Biz bu şəbəkə sayəsində xaricdəki gəncləri motivə edib Azərbaycan adına birləşdirməyə çalışırıq. Ümid edirəm ki, II Yay Düşərgəsinin də iştirakçıları bu layihəyə çox böyük maraq göstərəcəklər. Mən inanıram ki, Diaspor Gənclərinin II Yay Düşərgəsi də yüksək səviyyədə təşkil olunub, böyük işlərə imza atacaq. Ən azından buna bütün imkanlar və şərait yaradılıb”.
 

İ.Ələkbərova Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvü olduğunu və ətrafında olan bütün gənclərə Diaspor Komitəsinin fəaliyyəti haqda yetərincə məlumat verdiyini deyib:

“Rusiyadan 55 gənc soydaşımız düşərgədə iştirak etmək üçün müraciət etmişdi. Onlardan 11-i iştirak etmək şansını qazandı. Və bu da o deməkdir ki, gənclərimiz bu layihəyə çox böyük maraqla yanaşırlar, çünki onlar bu layihə çərcivəsində bir-biriləri ilə tanış olaraq, işləyib, gələcəkdə yaşadıqları ölkədə güclü lobbi yarada biləcəklər. Ümumiyyətlə, xaricdəki gənclərimiz artıq yeni bir gücə çevriliblər. Lakin xaricdə təhsil alan və yaşayan gənclərimiz lazımi qaydada koordinasiyalı idarə olunmurdular, potensialları düzgün yönəldilmirdi. Buna görə də gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün hər hansı təşkilata ehtiyac duyulurdu. Bu baxımdan Diaspor Gənclərinin II Yay Düşərgəsinin çox böyuk əhəmiyəti var”.

 

Diaspor fəalı deyib ki, düşərgə ona çox böyük töhfə verib:

“Belə ki, biz - dünyanın hər tərəfindən gələn gənclər bir birimizi tanıyaraq, dostluq yaratdıq. Və inaniram ki, bu düşərgə davamlı olaraq, hər il yalnız Azərbaycanda yox, dünyanın müxtəlif yerlərində də keçiriləcək, buna gənclərimizin – yəni bizim, ehtiyacımız var. Bizim üçün Azərbaycanı təmsil etmək çox şərəfli bir işdir. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar artıq bizə imkan verir ki, harada yaşamağımızdan asılı olmayaraq, fərəhlə və çox böyük qürur hissi ilə deyə bilək ki, Azərbaycanın inkişafında bizim də əməyimiz var. Bu əməllər son nəticədə müstəqilliyimizi əbədi edəcək, dövlətçiliyimizi möhkəmləndirəcək. Bu gün həyata keçirilən siyasətin əsas istiqaməti Azərbaycan gənclərinin yaxşı təşkilatlanması, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasıdır”.

 


Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət akademiyasının filalı - Şimal-Qərb İdarəetmə İnstitutunun məzunu, Simurq Azərbaycan Tələbə Klubunun qurucusu Eldar Əlizadə
deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi onlara koordinatorluq edib:

“Düşərgəyə sayəsində biz Diaspor Komitəsinə daha da yaxın olduq. Bizə keçilən təlimlərdə başa düşdük ki, Azərbayacanla bağlı informasiyaları yaşadığımız ölkələrdə necə çatdırmalıyıq. Ən əsası biz bu düşərgədə təcrübə topladıq. Mən öz tədbirlərimdə Diaspor Gənclərinin Yay Düşərgəsində öyrəndiklərimi tətbiq edirəm.  Düşərgədə iştirak edəndən sonra biz başa düşdük ki, təşkilatımızda əsas fəaliyyət informasiya yaymaq, media ilə işləmək istiqamətində olmalıdır. İnformasiyaları düzgün yaymaq əsas şərtlərdəndir. Biz Sankt-Peterburqda yaşayırıq, burada çox təşkilatlar var, onlarla əməkdaşlıq edirik. Bizim özümüzün Azərbaycanlıların Tələbə Assosiasiyamız var. Biz istəyirdik ki, əlaqələrimiz Sankt-Peterburqdan kənara da çıxsın. Düşərgədə yeni dostlar qazandıqdan sonra buna nail olduq. İndi bizim işimizi daha çox insanlar görür”.

 

E.Əlizadə bildirib ki, o, Diaspor Gənclərinin İkinci Yay Düşərgəsinə də qatılmaq istəyirdi:

“Amma şərt qoyuldu ki, Birinci Yay Düşərgəsində iştirak edənlər ikincidə iştirak edə bilməz. İstərdim ki, İkinci Yay Düşərgəsində iştirak edənlərə tanış olum, birinci və ikinci düşərgənin iştirakçılarının da əlaqələri yaransın.  Mən Sankt-Peterburqdan olan diaspor fəallarına da düşərgəyə qatılmalarını tövsiyə etmişdim. Təəssüf ki, Sankt-Peterburqdan kimsə seçilmədi. Ümid edirik ki, gələcəkdə keçirilən düşərgələrdə kimlərsə iştirak etmək hüququ əldə edər. Diaspor Komitəsinə təşəkkür edirəm ki, belə gözəl bir layihə həyata keçirir. Fikirləşirəm ki, belə layihələr davamlı olmalıdır. Dünyadakı bütün azərbaycanlılar əlaqədə olmalıdır”.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxda təhlükəli top mərmisi tapıldı - FOTO 15 Avqust 2020, 17:43 Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48 İşə başlayan kafe-restoranlarda bu qaydalara əməl edilməlidir - FOTOLAR 15 Avqust 2020, 13:44 Sumqayıtda bir nəfəri döyüb videoya çəkənlər tutuldu - FOTO/VİDEO 15 Avqust 2020, 13:41 Nigeriyada Azərbaycanın Dostları Təşkilatı konsert keçirdi - Video 15 Avqust 2020, 13:36