Modern.az

Yayda  dolu yağdı

Yayda  dolu yağdı

Aktual

12 İyul 2019, 00:12

Aramsız yağışlar, dolu və güclü külək Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna ciddi ziyan vurub.

Modern.az  xəbər verir ki, rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib. Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektrik xətlərini zədələməsi ilə nəticələnib. Təbii fəlakətin rayonuna vurduğu zərərin həcmi hesablanır.

Marneulinin meri Zaur Darğallı "Azərtac"a  bildirib ki, təbii fəlakətdən ziyan çəkən təsərrüfat sahiblərinə kompensasiya verilməsi nəzərdən keçirilir.

Dam örtüyü uçmuş evlərin sahiblərinə yardım göstəriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir