Arxiv
12 İyul 2019, 11:48 | ƏDƏBİYYAT
Əliağa Vahidin haqqında şeir yazdığı dostu

Bu dünyada elə işıqlı insanlar olub ki, onları unutmaq qəbahətdir. Heç olmasa on ildən bir, yubiley tarixlərində onları anmaq, gənc nəsillərə nümunə göstərmək lazımdır. Belə insanlardan biri də 1925-ci ildə Təbrizdə anadan olmuş, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələrin fəal iştirakçısı, rəhmətlik Qafar Kəndli idi.


O, Seyid Cəfər Pişəvərinin silahdaşlarından biri olub. Sonradan Sovet Azərbaycanına pənah gətirərək, elmin zirvəsinə doğru inamla addımlayıb. Filologiya elmlər doktoru alimlik dərəcəsinədək yüksəlib. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışıb. Xaqani Şirvaninin tədqiqatçılarından biri idi. “Xaqani Şirvani- həyatı, dövrü, mühiti” adlı fundamental əsərin, “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir. Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çap etdirib. SSRİ və İran mətbuatında çap olunan onlarla elmi əsərin müəllifidir. Onun “Xaqani Şirvani- həyatı, dövrü və mühiti” əsəri fars dilində Tehranda çap edilib və ali məktəb dərsliyi kimi istifadə olunur.


Professor Qafar Kəndli valideyn kimi də çox nümunəvi insan olub. Onu tərbiyə edib boya-başa çatdırdığı yazıçı Həmid Herisçini bu gün ölkəmizdə tanımayan adam çətin tapılar. Gəlini İlhamiyyə Rza isə qaynatası haqqında bunları söyləyir:

“Bu yaşa çatdım, hələ onun kimi saf, mədəni, savadlı bir insana rast gəlmədim. Bir mənzildə uzun illər birğə yaşamağımız mənə bu gözəl insanı məişətdə də müşahidə etmək imkanı verdi. Gecə-gündüz elmi araşdırmalarını gözünün nurunun tükənməsinə baxmadan davam etdirən, bir əlində lupa, o biri əliylə dəftərə ərəb əlifbasıyla yazı yazan görkəmini heç unutmaram. Onu da unutmaram ki, bizə zəng etmiş bir fransalı ilə qəfildən fransızca danışdı. Sən demə, orta məktəbi fransızca bitiribmiş...

Ölümündən iki gün qabaq palatasına Şəhriyarın səsi ilə yazılmış lent yazısını gətirdim ki, dinləsin. Elə kasseti qoyan kimi, ustad Şəhriyarın ilk sözü bu oldu: “Heydərbaba, gələmmədim gec oldu”. İki gün sonra Mərkəzi Klinik xəstəxananın palatasında dünyasını dəyişdi - gələmmədi, gec oldu... 
Əlimizdə Təbriz təyyarəsinə bilet, həyətdə onu aeroporta aparacaq təcili yardım maşını və bu gedişdən reportaj hazrlamağa gəlmiş telejurnalistlər. Bir də özü haqda ilıq, kövrək, nisgilli xatirələr. Xaqani Şirvani haqda monoqrafiyası, Təbriz universitetindəki dərsliyi, bir ev əlyazmaları, bir çamodan məktublar, dünyanın dörd bir yerində yaşayan Herisçilərin fotoları və bir də Əliağa Vahidin ona yazdığı şeiri qaldı:

Yoxdu bu dünyada özgə bir dostum Qafardan qeyri, 
O binəvada nə var ki, vəfadan qeyri...”.

Qafar Kəndli 1997-ci ilin iyulun 12-də Bakıda dəfn olunub. Ruhu şad olsun!



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramiz Mehdiyev Milli Elmlər Akademiyasını BAĞLADI 30 mart 2020, 14:14 Daha bir sınaq imtahanı pulsuz oldu 30 mart 2020, 14:10 Azərbaycanda qar yağıb - FAKTİKİ HAVA 30 mart 2020, 14:05 Azərbaycanlı sahibkar 44 min maska alıb sakinlərə pulsuz payladı - VİDEO 30 mart 2020, 13:59 Özünü karlığa, korluğa vuran DÜNYA 30 mart 2020, 13:53 Ermənistanın koronaviruslu günləri – Durğun iqtisadiyyat, ərzaq qıtlığı, zəifləmiş ordu, gözlənilən devalvasiya... 30 mart 2020, 13:47 Dəyişən dünyada SANKSİYALAR… 30 mart 2020, 13:44 Yeni medal təsis edilir 30 mart 2020, 13:44 Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu 30 mart 2020, 13:41 “Biz kimisə metroya buraxmaya bilmərik” – Sıxlığın SƏBƏBİ 30 mart 2020, 13:35 Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü 30 mart 2020, 13:30 Deputat nəvəsinə “Doğrul” adı qoymaq istədi, ancaq imkan vermədilər 30 mart 2020, 13:29 Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən mobil qruplar təşkil edilib - FOTO 30 mart 2020, 13:23 Prokurorların hüquqları artırılır 30 mart 2020, 13:17 65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək 30 mart 2020, 13:14 Kreditlərin gecikməsinə görə faiz və cərimələr yazılmasın - Vüqar Bayramov 30 mart 2020, 13:09 Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi 30 mart 2020, 13:05 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 30 mart 2020, 13:02 Koronavirus yayılan ölkələrdə səfirliklərimizin işi davam edir - Səməd Seyidov 30 mart 2020, 12:58 Tarixi adlarımızın dəyişdirilməsinə səs verənlər Milli Məclisdə oturub - Musa Qasımlıdan ETİRAZ 30 mart 2020, 12:52 Sabah Bakıda 19 dərəcə isti olacaq 30 mart 2020, 12:49 “Bizim istisna halımız Ermənistanla bağlıdır” - Tahir Mirkişili 30 mart 2020, 12:44 Parlamentin Toponomiya Komissiyasının yeni tərkibi formalaşdı 30 mart 2020, 12:38 Deputatların elektron səsverməsi dekabrın 30-dək qüvvəyə minir 30 mart 2020, 12:35 Koronavirusu yox edən dərman TAPILDI: 7 ölkədə uğurla sınaqdan keçdi 30 mart 2020, 12:33 “Onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik?” - Deputat 30 mart 2020, 12:28 Ermənistanda daha 58 nəfər koronavirusa yoluxub 30 mart 2020, 12:27 Deputatın statusu haqqında qanuna dəyişiklik edildi 30 mart 2020, 12:23 Deputatlar seçicisi olmayan şəxslərin müdafiəsinə qalxa bilməz - Siyavuş Novruzov 30 mart 2020, 12:20 Deputat Operativ qərargaha irad tutdu: “Özləri yaxın oturub bizə deyirlər, məsafə saxlayın” 30 mart 2020, 12:18 Şirkətlər işçiləri ixtisar etməsin - Deputatdan ÇAĞIRIŞ 30 mart 2020, 12:16 Milli Məclisin iclasının onlayn keçirilməsi üçün iş aparılır - Sahibə Qafarova 30 mart 2020, 12:11 Azərbaycanda məhkumların evə buraxılması davam etdirilir - RƏSMİ 30 mart 2020, 12:10 İcbari tibbi sığortanın mərhələli tətbiqi müddəti UZADILDI 30 mart 2020, 12:08 SOCAR-dan benzin AÇIQLMASI 30 mart 2020, 12:07