Modern.az

Zabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştələri...

Zabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştələri...

12 İyul 2019, 12:25

Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ilin iyulunda oğlunun hərbi xidmətə yollanacğını təntənə ilə elan etdi.

 

Modern.az xəbər verir ki, bu hadisə ətrafında böyük piar kampaniyası quran düşmən iqtidarı öz təsiri altında olan KİV-lər vasitəsilə oğlu Aşotu işğal altında olan Qarabağa hərbi xidmətə yollayan Nikol Paşinyanı az qala dahi lider kimi təqdim edirdi.

 

Belə ki, oğlu olmayan Levon Ter-Petrosyan və Serj Sarkisyandan, hər 2 oğlu hərbi xidmətdən yayınan Robert Koçaryandan fərqli olaraq, Nikol Paşinyanın oğlunu hərbi xidmətə, özü də hərbi aktivliyin saxlanıldığı Qarabağa göndərməsi ictimaiyyətin gözündə əlavə xal toplamağa hesablanmış siyasi gediş idi.

 

Amma Paşinyanın oğlunu hərbi xidmətə başladığı gündən bu hadisə ətrafında qalmaqallar az olmayıb. Onun tez-tez helikiopterlə Yerevana gəlməsi, xidmət etdiyi hərbi hissədə zabitlərələ yola getməməsi, onlarla sərt tonda danışması, ətrafında əsgər paltarı geymiş bir qrup mühafizəçinin olması erməni nazirin oğlunun hərbi xidmərinə kölgə salan məqamlar idi.

 

2019-cu ilin mayında isə Paşinyanın oğlunun artıq Qarabağda olmaması barədə məlumatlar üzə çıxdı.


“Bizim əsgərlər müxtəlig təlim və görüşlər üçün tez-tez hərbi hissələrinin yerini dəyişə bilərlər”- deyə Ermənistan Müdafiə Nazirliyi yaranmış qalmaqalı sakitləşdirmək üçün açıqlama yaymışdı.


Müxalifət mediası Aşot Paşinyanın artıq 1 aya yaxındır ki, Yerevan yaxınlığındakı Sovetaşen hərbi hissəsində qulluq etdiyini yazmışdı.

 

İyunun 15-də isə Nazirliyin rəsmisi Artsrun Ovannisyan növbəti dəfə Paşinyanın oğlunun Qarabağa döndüyü barədə açıqlama vermişdi.  

 

Görünən odur ki, hərbi xidmətinin bitməsinə 1 ili qalan Aşot Paşinyanın səngərlik sərgüzəştləri barədə hələ çox məlumatlar oxuyacağıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi