Modern.az

Hindistanda daşqınlarda 51 nəfər öldü

Hindistanda daşqınlarda 51 nəfər öldü

15 İyul 2019, 21:54

Hindistanın şimal-şərqində yerləşən 7 ştatda musson yağışları nəticəsində 51 nəfər ölüb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, musson yağışlarından daha çox Assam ştatı zərər görüb. Burada 2,6 milyon insan evsiz-eşiksiz qalıb, 11 nəfər həlak olub. Təxliyə edilən 17 min insan hökumətin qurduğu 327 çadırda yerləşdirilib. Ölkənin şimalında yerləşən Uttar-Pradeş və Bihar ştatlarında sel və daşqınlar nəticəsində 1,9 milyon sakin zərər görüb.

Meteoroloqlar növbəti günlərdə Hindistanın şimal-şərq bölgələrində daha şiddətli leysan yağışlarının olacağını proqnozlaşdırırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?