Modern.az

Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı

Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı

17 İyul 2019, 00:09

Qazaxıstanın “Arselor Mittal Temirtau” metallurgiya şirkəti “Qazpromneft”in yerli distribütoru olan “Nik Oil”lə əməkdaşlığını dayandırıb.

Modern.az  xəbər verir ki,  “Kommersant”ın məlumatına görə, əməkdaşlığın dayandırılmasına səbəb Ukrayna və Avropa Birliyinin sanksiyaları olub.

Şirkət “Qazpromneft”lə müqaviləsinin kompaniyanın baş direktoru, eləcə də Ukraynada “AMT Krivoy Roq”un rəhbəri olan Paramjit Kalonun reputasiyasına mənfi təsir göstərdiyini düşünür. “Qazpromneft” isə şirkəti təhdid edərək baş verənlərin anlaşılmazlıq olduğunu və tezliklə Rusiya-Qazaxıstan münasibətlərinə təsir edəcək bu situasiyanın həllinə nail olunacağını düşünür.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir