Modern.az

Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib

Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib

Aktual

17 İyul 2019, 14:14

İyulun 17-də AMEA Rəyasət Heyətinin iclasında "AMEA-nın professoru" adını almaq üçün seçki keçirilib. 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən, gizli keçirilən səsvermədə Rəyasət Heyətinin üzvləri iştirak ediblər. 

Nəticələrə əsasən, 13 nəfər “AMEA-nın professoru” adına layiq görülüb. Onların arasında deputat Qənirə Paşayeva da var.

Qeyd edək ki, "AMEA-nın professoru" adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib. Seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub