Modern.az

Səhiyyə naziri əmr imzaladı – 41 təcili yardım briqadası, 270 tibb işçisi ayrıldı

Səhiyyə naziri əmr imzaladı – 41 təcili yardım briqadası, 270 tibb işçisi ayrıldı

19 İyul 2019, 10:22

Səhiyyə naziri Oqtay Şirəliyev 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı müvafiq əmr imzalayıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Festivalın keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcək:

 

“Bu, ayın 29-na qədər davam edəcək. Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər”.

 

Rəsmi məlumatda bildirilib ki, əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi