Arxiv
20 İyul 2019, 09:41 | MƏDƏNİYYƏT
Açıq-saçıq geyinmək dəb deyil - Modelyer

Əsl xanım və kişi kimi görünməyinizi  istəyirsinizsə, düzgün geyim  tərzi seçməlisiniz.

 

Təbii ki, seçdiyiniz  və özünüzə  uyğun gördüyünüz geyimlə , sizi  ilk görən  insanda müəyyən bir fikir formalaşdırmış  olursunuz.

 

Bəzən elə geyim tərzləri olur ki, həddən artıq açıq-saçıqlığı ilə digərlərindən seçilir. Bu geyim tərzinə bəzi xarici ölkədə normal baxsalar da, Azərbaycanda isə yaxşı baxmırlar. Belə geyinənləri qınaq obyektinə çevirilər. Hətta elələri olur ki, birbaşa əxlaqla əlaqələndirir. Bir məsəl var “insanı geyiminə görə qarşılayarlar, ağlına görə yola salarlar”. Həqiqətənmi, açıq-saçıq geyim tərzi dəbin bir növüdür, yoxsa xaricdən gələn bir tendensiyadır?

 

Modelyer Gülnarə Xəlilova Modern. az-a deyib ki, hər bir dizaynerin , belə deyək , tanınmış brendlərin kolleksiyasiyalarında bağlı orta, açıq geyimlər yer alır.

 

“Ancaq açıq geyim dəb hesab olunmur. Açıq-saçıq geyim tərzi dəbli olmaq deyil. Təbii ki, bu insanların öz şəxsi seçimləridir. Kimisi açıq-saçıq geyimi sevir, kimisi isə bu geyim tərzindən təmamilə uzaq gəzir. Bu istəyə bağlı bir şeydir”.

 

Modelyer onu da qeyd edib ki, bu cür geyim tərzi  nə gündəm,  nə də ki,  xarici  ölkədən gələn bir dəb  anlayışıdır ”.

“ Bir həqiqət də var ki, xarici ölkələrdə elə yerlər olur ki, havalar isti olduğundan   insanların bu cür geyinməyi təbii hal hesab olunur. Yaşanılan ölkəyə görə belə geyim tərzləri dəyişir”.

 

Stilist Nərmin İbrahimova Modern.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə geyim hər kəsin öz dünyagörüşü və zövqü ilə bağlıdır.

 

“Heç kim  kimisə məcbur deyə bilməz ki, qapalı geyin. Hər halda bu ailədən gələn bir şeydir. Ailə icazə verirsə, bu formatda geyim tərzini qəbul edirsə, niyə də geyinməsin ki? ”

 

O bildirib ki, əgər konkret olaraq gənclərdən söhbət gedirsə , buna ailə qarışmalıdır.

 

“Bu barədə kiməsə söz demək istəmərəm. Hər kəsin sərbəst geyinmək haqqı var. Təbii ki, hər geyimin də öz yeri və məkanı var. Bəzən gənc  xanımlarımız məkanın fərqinə varmadan,  geyim tərzlərini düzgün seçmirlər. Çimərliyin, restoran və çölün hərəsinin öz  fərqli  geyimi var. Hələ də elələri var  elə bilirlər ki, bu daha fərqli və dəbli geyinib. Bəzən küçələrdə çimərlik geyiminə yaxın geyimlərlə də gəzənlərə rast gəlirik”.

 

Təbii ki, müsəlman ölkəsiyik , bu cür geyim tərzləri bəzi insanlarda aqressiya yaradır. Amma bizim haqqımız yoxdur ki,  kiminsə geyiminə müdaxilə edək. Hərkəsin  seçim  azadlığı var.

 

“Mən bir stilist kimi açıq- saçıq geyim tərzinə  pis baxmıram. Əgər yaraşırsa, bədən ölçüləri normal çəkidədirsə, qıraqdan baxanda iyrənc görünmürsə, geyinməyində bir problem görmürəm. Mənim üçün adi bir şeydir. Hərkəs özünə cavabdehdir”.

 

Stilist Nərmin İbrahimova yayın ən dəbli rəngini də söyləyib.

 

“Sarı  və yaşıl çalarları özündə əks etdirən elektra , neon rənglər hal-hazırda aktualdır. Qarışıq neon və əlvan  rənglər yayın  dəbli rəngidir. Həmçinin güllü əlvan parçalar da yayın ən dəbli parçalarından hesab olunur. Çünki özündə bir pozitivlik və rahatlıq əks etdirir”.

 

Jalə Mehdi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34