Modern.az

30 cinayətin üstü “isti izlər”lə açıldı

30 cinayətin üstü “isti izlər”lə açıldı

Aktual

20 İyul 2019, 10:56

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır