Modern.az

Azərbaycan ilk qızıl medalını qazandı

Azərbaycan ilk qızıl medalını qazandı

Aktual

21 İyul 2019, 16:00

XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarında həlledici qarşılaşmalar start götürüb.

 

Modern.az-ın məlumatına görə, ilk mükafatçılar yunan-Roma güləşində müəyyənləşib.


 
45 kq çəki dərəcəsində bürünc və qızıl medal uğrunda görüşlər keçirilib. Azərbaycan millisinin üzvü Fərid Sadıxlı çempionluq uğrunda mübarizə aparıb.

 

Əvvəlki qarşılaşmalarda Andrea Martinonu (İtaliya) 4:0, Davit Qvasalianı (Gürcüstan) 3:1, Maksim Qurovu (Rusiya) 4:0 hesabı ilə məğlub edən güləşçimiz finalda türkiyəli Umut Çobanla üz-üzə gəlib.

 

Təmiz qələbə (9:0) qazanan F. Sadıxlı festivalın ilk çempionu olub. O, qarşılaşmanı vaxtından əvvəl bitirib.

 

Qeyd edək ki, bu gün daha üç güləşçimiz medal uğrunda mübarizə aparacaq. Onlardan ikisi qızıl, biri bürünc üçün güləşəcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI