Modern.az

Komitə sədri jurnalistləri TƏBRİK ETDİ

Komitə sədri jurnalistləri TƏBRİK ETDİ

22 İyul 2019, 09:54

“Bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçib”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Milli Mətbuat Günü münasibəti ilə mətbuat nümayəndələrinə ünvanladığı təbrikdə deyib:

 

“Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Bu gün ölkəmizdə yüzlərlə Kütləvi informasiya vasitələri fəaliyyət göstərir və minlərlə jurnalist hər gün ölkə ictimaiyyətinin rifahı naminə ,cəmiyyətimizin inkişafı üçün yorulmadan çalışırlar. Bu əlamətdar gün münasibətilə mətbuat nümayəndələrini təbrik edir, Onlara can sağlığı və işlərində uğurlar diləyirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi