Bərdə rayonunda azyaşlı uşaqlar xəstəxanaya atılıb
Modern.az "Report"a istinadən xəbər verir ki, axşam saatlarında iki nəfər tərəfindən iki azyaşlı oğlan uşağı Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılıb.
Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır. Uşaqlar həkim nəzarətinə götürülüb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələki bilinmir.
Faktla bağlı araşdırma aparılır.