Arxiv
26 İyul 2019, 12:16 | HADİSƏ
Qurban bayramı günü qurban kəsmək ancaq hacılara vacibdir

Qurban bayramı ən qədim bayramlardan biri hesab olunur. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi.

 

Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı avqustun 12-13-ü qeyd olunacaq.

 

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Qurban bayramının mahiyyəti haqqında Modern.az-a bunları söyləyib.

 

“Ümumiyyətlə Qurban bayramı Həcc ayinlərindən biri sayılır. Bayram günü qurban kəsmək ancaq hacılara vacib olur. Digər insanların qurban kəsməyi dini- nöqteyi nəzərdən o qədər də vacib hesab olunmur. Ancaq bəyənilən bir əməldir.Dünyanın istənilən ölkəsində müsəlmanlar Qurban bayramı günü qurban kəsirlər və kəsdikləri əti də insanlar arasında paylayırlar”.

 

O bildirib ki, Qurban bayramı simvolik olaraq insanın nəfsinin qurban kəsilməsini ifadə edir.

“Həzrəti İbrahimdən qalmış bir ayindir.Yəni insan səthi məhəbbətini, ilahi eşqə qurban verir”.

 

Hacı Şahin  bildirib ki, qurban əti insanlara paylanıldığına görə bu həm də ictimai ayin hesab olunur.

 

“Qurban bayramının əsas məqsədi odur ki, insanlara, əsasən də kasıblara yardım edilsin. Allaha yaxınlaşmanın yolu əsasən başqa insanlara faydalı olmaqdan keçir. Bu bayramın bir fəlsəfəsidir.

 

Qurban kəsərkən nələrə diqqət edilməlidir?

 

Qurban kəsərkən əsasən, qurbanın sağlam olmasına diqqət yetirilməlidir. Qurbanı şəriət qaydalarına uyğun kəsmək lazımdır.Üzü qibləyə və Allahın adını çəkməklə kəsilməlidir. Eyni zamanda Qurban bayramı günü səhər saatlarında məscidlərdə bayram namazı da qılınmalıdır. Qurban bayramı namazının qılınması, eyni ilə Ramazan bayramında qılınan namaz kimidir. İnsanlar bir araya gəlib namaz qıldıqdan sonra , qurbanlarını kəsib paylamalıdırlar.

Hacı Şahin Həsənli Qurban ətinin yeddi yerə kəsilib paylanılması məsələsinə də aydınlıq gətirib.

 

“Qurban ətinin məhz yeddi yerə paylanılması kimi vacib bir şərt yoxdur. Sadəcə olaraq, insanlar yeddi nəfəri özləri şərti olaraq seçirlər ki, kimlərəsə bu ətdən pay düşsün.

 

Qurban kəsiləndən sonra, paylanılmadan ətin qurban kəsənin özü  tərəfindən yeyilməsi qurbanlıq fəlsəfəsinə ziddir. Əsas fəlsəfə budur ki, imkan yetdiyi qədər paylanılsın. İnsan var ki, heç özünə bir parça belə saxlamır. O da buyurulmayıb ki, ancaq payla, özünə bir parça belə saxlama. Bir pay saxlaya bilər”- deyə Hacı Şahin bildirib.

 

Jalə Mehdi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA-da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək 25 Yanvar 2020, 15:20 Prezident zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı TAPŞIRIQ VERİB 25 Yanvar 2020, 15:13 “AzerGold” QSC “Milli KSM-2019” mükafatına layiq görüldü 25 Yanvar 2020, 14:58 Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz zərərçkənlərə kömək edirik, səfirlik bizlə maraqlanmır...” 25 Yanvar 2020, 14:46 Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək 25 Yanvar 2020, 14:40 Ziyafət Əsgərov seçicilərlə - FOTOLAR 25 Yanvar 2020, 14:34 Özbəkistanın yeni hökuməti təsdiqləndi 25 Yanvar 2020, 14:24 Daxili orqanında narkotik vasitə keçirmək istədi 25 Yanvar 2020, 14:12 67 nömərli marşrut da kart sisteminə keçir 25 Yanvar 2020, 14:08 Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi - FOTOLAR 25 Yanvar 2020, 13:59 “Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır” – Jalə Əliyevanın vəkili – FOTOLAR 25 Yanvar 2020, 13:33 Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşıSeçki kampaniyasına kömək edə bilmərəm   25 Yanvar 2020, 13:23 Ziyad Səmədzadə şəhid ailələri ilə görüşdü – FOTOLAR 25 Yanvar 2020, 13:22 Binədə 5 min manatlıq qızıl-zinət əşyalarını oğurlayanlar tutuldu 25 Yanvar 2020, 13:13 Bakıya duman çökəcək, külək əsəcək - Sabahın HAVASI 25 Yanvar 2020, 12:59 Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO 25 Yanvar 2020, 12:42 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı” 25 Yanvar 2020, 12:39 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27 Deputatlığa namizədlərin SAYI... 25 Yanvar 2020, 12:16 Polis 34 şübhəlini saxladı 25 Yanvar 2020, 12:03 Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” 25 Yanvar 2020, 11:52 Koronavirus sürətlə dünyaya yayılır – Beynəlxalq Fövqəladə vəziyyət oluna bilər 25 Yanvar 2020, 11:33 Azərbaycanda SİBİR SOYUQLARI - 19 dərəcə şaxta olub, qar örtüyü 30 sm-a çatıb  25 Yanvar 2020, 11:18 Naqif Həmzəyev Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb - VİDEO 25 Yanvar 2020, 11:15 Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR 25 Yanvar 2020, 11:10 Bakı sakini Belarus arağından zəhərləndi 25 Yanvar 2020, 11:08 Fəzail Ağamalı 2 kəndin sakinləri ilə görüşdü - VİDEO 25 Yanvar 2020, 10:59 Xırdalanda bu gün işıq kəsiləcək 25 Yanvar 2020, 10:45 Azərbaycanın tarixi və mədəniyyət abidələri “bərpa” etmək adı altında “erməniləşdirilir” - BƏYANAT 25 Yanvar 2020, 10:30 Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR 25 Yanvar 2020, 10:23 Gələcəkdə bizi nə gözləyir – REKTOR YAZIR 25 Yanvar 2020, 10:12 Naftalan sakini qidadan zəhərlənərək ölüb 25 Yanvar 2020, 10:05 Nazirlik 40 mindən çox şəxsə elektron qaydada müavinət təyin olunub 25 Yanvar 2020, 09:55 Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var 25 Yanvar 2020, 09:46 Kənd sakinlərinin icra başçısından 4 xahişi - FOTOLAR 25 Yanvar 2020, 09:39
SORĞU Yeni parlamentdə kimlər olsun?