Arxiv
1 Avqust 2019, 11:44 | MEDİA
“Azərbaycan Dəmir Yolları”nın yeni mətbuat katibindən ilk AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb.

Cəmiyyətin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Qənaət qızı Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

N.Bayramova mətbuat katibi olaraq ilk açıqlamasını Modern.az-a verib.

Mətbuat katibi bu vəzifəyə gətirildiyinə, ona etimad göstərildiyinə görə rəhbərliyə təşəkkürünü bildirib:

“Sağ olsunlar, başda Cavid müəllim olmaqla, mənə etimad göstərən, sevincimə şərik hər kəsə dərin təşəkkürümü bildirirəm. Dünəndən telefonlarım susmur, bütün həmkarlara təşəkkürümü bildirirəm. Dəstəyinizə ehtiyacım var, inşallah qarşılıqlı əməkdaşlıq şəraitində işləyəcəyik. Mətbuat katibi kimi də ilk açıqlamamı Modern.az-a verirəm. Əslində bu vəzifə məsuliyyət, operativlik, hadisələrə çevik reaksiya tələb edir. Mən uzun illər İctimai Televiziyada çalışmışam. O heyətlə işləmək özü də məsuliyyət tələb edirdi”.

 

Qurum rəsmisi qeyd edib ki, mətbuatla əlaqələrdə komanda olaraq çalışacaqlar:

“Mətbuatla çalışmaq komanda işidir, məsuliyyətdir. Çalışacağıq ki, sağlam komanda işi və sizin kimi jurnalist dostların köməyilə işimizin öhdəsindən gələk”.

Qeyd edək ki, Natəvan Qənaət qızı Bayramova 1984-cü ildə anadan olub. 2001-ci ildə Əzizibəyov rayonu 234 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2005-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb. 



2005-ci ildən 2018-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif vəzifələrdə çalışıb. İndiyədək ictimai əsaslarla İctimai Teleradio Yayım Şurasının katibidir.

2018-ci ildən bu günədək Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də İnzibati işlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 


Ailəlidir, iki övladı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42 Kişilər olub e! 18 Oktyabr 2019, 09:37 ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək 18 Oktyabr 2019, 09:35 Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” 18 Oktyabr 2019, 09:34 Gülmirənin dünyası... 18 Oktyabr 2019, 09:30 Mehriban Əliyevadan Dövlət Müstəqilliyi Günü TƏBRİKİ 18 Oktyabr 2019, 09:19 Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT 18 Oktyabr 2019, 09:03 Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz… 18 Oktyabr 2019, 08:51 İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir 18 Oktyabr 2019, 08:21 Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb 18 Oktyabr 2019, 08:08 El-Klasiko təxirə salınıb 18 Oktyabr 2019, 00:46 Məşhur idmançımız xəstəxanaya yerləşdirildi - FOTO 18 Oktyabr 2019, 00:20 Müstəqilliyimizin bərpasının 28 illik tarixi... 18 Oktyabr 2019, 00:02 Bakıda sərnişin avtobusu qəza törətdi 17 Oktyabr 2019, 23:47 Azərbaycan nefti bahalaşdı 17 Oktyabr 2019, 23:31 “Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi   17 Oktyabr 2019, 23:12 “Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev 17 Oktyabr 2019, 23:02 Bakıda gənc oğlan itkin düşdü 17 Oktyabr 2019, 22:56 “Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydınlıq gətirdi, VİDEO 17 Oktyabr 2019, 22:43 Ramal "Maşın"ı belə tərk etdi - VİDEO 17 Oktyabr 2019, 22:25 ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24