Modern.az

Fərid Şəfiyev: “Ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var”

Fərid Şəfiyev: “Ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var”

Aktual

2 Avqust 2019, 12:00

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mətbuat konfransı keçirilib. Konfransda çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin hədəflərini, yeni planları açıqlayıb.

 

Modern.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi artıq xarici tərəfdaşları ilə bir neçə memorandum imzalayıb və əməkdaşlığı genişləndirmək niyyətindədir.   

 

Şəfiyevin sözlərinə görə, Mərkəzin başlıca hədəflərindən biri Azərbaycanla, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmaların sayını artırmaqdır:

“Ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var və Mərkəzdə ermənişünaslıq bölməsinin açılması planlaşdırılır. Bəzi ali təhsil müəssisələrində erməni dilinin tədris edilməsinə baxmayaraq, erməni dilli mütəxəssislərlə bağlı vəziyyət hazırda qənaətbəxş deyil. Araşdırmalar zamanı dili bilən mütəxəssislərə ehtiyac duyulur".

 

İdarə Heyətinin sədri qeyd edib ki, Mərkəzin fəaliyyətinə könüllülər və təcrübəçilər də cəlb ediləcək, həmçinin xarici mütəxəssislərə təqaüdlərin verilməsi də nəzərdə tutulur:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sahəsində araşdırmalar lazım olan standartlara cavab vermir. Mərkəzin başlıca məqsədlərindən biri məhz bu münaqişə ilə bağlı yüksək səviyyəli araşdırmalar aparmaqdır. Bu mərkəzi açıq bir platforma kimi görürəm. Biz ölkədə mövcud olan digər düşüncə mərkəzləri ilə də əməkdaşlıq etmək istəyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı