Arxiv
7 Avqust 2019, 15:19 | HADİSƏ
Azərbaycanda yol qəzalarının sayı artıb – Dəhşətli STATİSTİKA

2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub:

“Onlardan 342-si həlak olub, 745-i isə yaralanıb. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub”.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı:

Göstəricinin adı

2019-cu ilin yanvar-iyun aylarında, vahid

2018-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

Bütün yol-nəqliyyat hadisələri – cəmi

822

102,0

Məkanına görə:

magistral avtomobil yollarında

85

119,7

yaşayış məntəqələrində

737

100,3

İşıqlılıq vəziyyətinə görə:

gündüz vaxtı

381

119,8

toran vaxtı

141

80,1

gecə vaxtı

300

96,2

Yol örtüyünün vəziyyətinə görə:

quru yol örtüyü

781

103,3

digər (yaş, buz və s.)

41

82,0

Zərərçəkənlərin sayı, nəfər

1087

101,2

həlak olanlar

342

110,0

yaralananlar

745

97,6

 

Rəsmi məlumatda bildirilib ki, bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş veriv:

“Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib. Nəticədə 4 nəfər ölüb,  9 nəfər yaralanıb. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AMEA-nın iclası başladı: Yeni prezident seçiləcək 23 Oktyabr 2019, 16:28 Mərkəzi Seçki Komissiyasının yeni sədr müavini seçilib 23 Oktyabr 2019, 16:23 Təhlükəsizlik Şurasının tərkibində DƏYİŞİKLİK edildi 23 Oktyabr 2019, 16:20 Prezidentdən Ramiz Mehdiyevlə bağlı daha bir SƏRƏNCAM 23 Oktyabr 2019, 16:19 Ramiz Mehdiyev vəzifəsindən AZAD EDİLDİ 23 Oktyabr 2019, 16:14 Prezident Azərbaycanın yeni iqtisadiyyat nazirini qəbul etdi - FOTO 23 Oktyabr 2019, 16:07 “Tək Akif Əlizadə ilə siyahı yekunlaşmayacaq” - Deputatlardan Prezidentin çağırışına DƏSTƏK 23 Oktyabr 2019, 15:59 İcbari Tibbi Sığortanın tətbiqi 2021-ə qalır? 23 Oktyabr 2019, 15:52 Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb 23 Oktyabr 2019, 15:29 Prezident üç qurumu - 1 nazirliyi, 1 komitəni və 1 agentliyi LƏĞV ETDİ 23 Oktyabr 2019, 15:13 Yeni İqtisadiyyat nazirinin DOSYESİ 23 Oktyabr 2019, 15:05 Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edildi, yeni posta APARILDI 23 Oktyabr 2019, 14:55 67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə CAVAB VERDİ 23 Oktyabr 2019, 14:53 Türkiyə “Barış Pınarı” əməliyyatını DAYANDIRDI 23 Oktyabr 2019, 14:50 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir   23 Oktyabr 2019, 14:44 Türk Dövlətləri Birliyinə doğru daha bir addım - Deputat YAZIR 23 Oktyabr 2019, 14:39 AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  23 Oktyabr 2019, 14:30 “9 ayda 90 minə yaxın əmək müqaviləsi qeydə alınıb” - Vergilər Nazirliyi 23 Oktyabr 2019, 14:29 Milli Elmlər Akademiyasının gəlmiş-getmiş PREZİDENTLƏRİ 23 Oktyabr 2019, 14:23 ASCO yüksək bal toplayan tələbələrə əlavə TƏQAÜD verəcək 23 Oktyabr 2019, 14:11 Bakıdakı “güzəştli mənzil”lər uğrunda 3807 nəfər mübarizə aparıb 23 Oktyabr 2019, 13:30 Soçi ANLAŞMASI: “Rusiya Türkiyənin narahatlığını anladı” 23 Oktyabr 2019, 13:27 Rusiya-Türkiyə protokolu: Proses 150 saat içində tamamlanacaq 23 Oktyabr 2019, 13:12 Azərbaycanın yaşlı diplomatları da istefa verəcək? - SİYAHI 23 Oktyabr 2019, 13:09 Məhkəmə Mübariz İbrahimovu təhqir edən qıza CƏZA verdi 23 Oktyabr 2019, 12:50 Halal olsun, Qənirə xanım! 23 Oktyabr 2019, 12:44 Sabah hava necə olacaq? - PROQNOZ 23 Oktyabr 2019, 12:34 AMEA-nın yeni prezidentliyinə ŞOK NAMİZƏD 23 Oktyabr 2019, 12:22 Komitə sədrinin müavini Goranboy sakinlərini qəbul edib 23 Oktyabr 2019, 12:11 BDU-da əməkhaqları artırıldı 23 Oktyabr 2019, 12:03 Azərbaycanlı koordinator: “Polşadakı icma üzvlərinin sayı gündən-günə artır” - MÜSAHİBƏ 23 Oktyabr 2019, 12:00 Qoşulmama Hərəkatının XİN nazirlərinin iclasına sədrlik Azərbaycana keçdi 23 Oktyabr 2019, 11:59 Deputat: “Prezidentin kadr islahatları ölkənin, cəmiyyətin xeyrinədir” 23 Oktyabr 2019, 11:57 Ölkəyə pirotexniki vasitələr keçirmək istədi - Qarşısı alındı 23 Oktyabr 2019, 11:52 Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb” 23 Oktyabr 2019, 11:45