Arxiv
9 Avqust 2019, 11:51 | AKTUAL
Bakıda sürücülərin 5 min manatlıq səs siqnalları - Yol polisi onları müsadirə edir

Əvvəllər Bakı küçələrində şütüyən avtomobillərdən qəribə siqnallar eşidirdik. “Danq-danq”, “Fi-fa”, “Ələsgər” kimi adlar verilən səs siqnallarını avtomobillərə vurmaq avtoşların böyük həvəsinə çevrilmişdi.

 

Bir neçə il əvvəl isə bununla bağlı qanunlar sərtləşdirildi. Lüzumsuz səs siqnallarını avtomobillərinə qoşan, istifadə edən sürücülərə yüksək məbləğdə cərimələr tətbiq olunmağa başladı. 50 manatdan 5 min manata qədər dəyəri olan bu siqnalları yol polisi aşkar etdikdə protokollaşdırılır və məhkəmə qərarı ilə müsadirə edirdi. Sürücünün yüksək məbləğdə ödəməli olduğu cərimə də öz yerində. Cəzalar sərtləşdirilənə qədər hətta mətbuatda məlumatlar yayılırdı ki, avtomobildən bir “Ələsgər” qışqırtısını eşitmək üçün bankdan kredit götürənlər belə olub.

 

Bəs bu gün situasiya necədir? Bütün cərimələri, cəzaları gözə alaraq, avtomobilə qeyri-adi səs siqnallarını qoşan, istofadə edən sürücülər varmı?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu sualları Modern.az üçün cavablandırıb. O vurğulayıb ki, hazırda qüvvədə olan Yol Hərəkəti Haqqında Qanunun tələblərinə görə, lüzumsuz səs siqnallarından istifadə edilməsi inzibati xəta sayılır:

 

“Eyni zamanda çoxavazlı, yüksək tonlu, film və ya musiqi səsi, cürbəcür səslər çıxaran siqnalların da avtomobillərə quraşdsırılması və istifadə edilməsi hallarına görə də xeyli müddətdir, qanunda dəyişiklik edilib, ciddi cərimələr, cəzalar tətbiq edilir. Məhkəmənin qərarına əsasən həmin siqnalların istifadəsi üçün 500 manatdan 800 manata qədər cərimə nəzərdə tutulur. Bu istiqamətdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən görülmüş tədbirlər onların istifadə edilməməsinə gətirib çıxarıb. Vaxtilə “Ələsgər” deyə qışqıran, tank, təyyarə səsləri tətbiq edən, müxtəlif heyvan səslərini siqnallara quraşdıran sürücülər var idi. Bu gün onlar yox dərəcəsindədirlər. Yalnız “serena” siqnallar istifadə olunur – bunlar isə təcili tibbi yardım, polis, yanğınsöndürən avtomobilləri üçün icazəlidir”.

 

Əsədov Bakı şəhərinin inzibati ərazisində lüzumsuz səs siqnallarının verilməməsini əks etdirən yol nişanlarının quraşdırıldığını da söyləyib. O sürücülərin diqqətinə çatdırıb ki, bu nişanlara əməl etmədiyinə görə, adi səs siqnallarından istifadə edən sürücülər də cərimələnə bilər:

“Qanunvericiliyin tələblərinə uyğun olaraq, səs siqnallarından istifadə iki halda icazəlidir. Birincisi, əgər yaşayış məntəqələrindən kənarda sürücü nəqliyyat vasitəsini ötmə niyyəti ilə istifadə edirsə, ikincisi isə yol nəqliyyat hadisəsinin baş verməməsi üçün səs siqnallarına icazə verilir.

Təəssüf ki, insanlarımızın mentalitetimizlə bağlı təhlükəli vərdişləri oturuşub. Məsələn, sürücülər, səs siqnalı verməklə, salamlaşır, xudafizləşir. Sürücüləri təhlükəli vərdişlərdən kənarlaşdırmaq üçün təbliğata ehtiyac var. Süni sıxlıq yarananda, yollarda tıxac olanda aramsız səs siqnalından istifadə edirlər. Halbuki siqnalın istifadəsi yolun açılmasına kömək etmir”.

 

Səs siqnallarının insanların səhhətinə ziyan vurduğunu qeyd edən V. Əsədov diqqətə çatdırıb ki, onsuz da səs-küylü olan paytaxtımızda aramsız siqnallarla evlərdəki xəstə insanları, körpələri, parklarda istirahət edən vətəndaşları narahat etmək etik deyil:

“Sevindirici haldır ki, sürücülər cərimələrdən, maarifləndirmələrdən nəticə çıxarırlar. Əvvəlki illərdə lüzumsuz siqnallara görə, cərimələnən sürücülərin sayı indi dəfələrlə azalıb. Buna görə cərimələnən sürücülərin sayında da xeyli azalma müşahidə olunub”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov daha iki kənddə seçicilərlə görüşdü - FOTOLAR 29 Yanvar 2020, 00:51 Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO 29 Yanvar 2020, 00:18 Yamayka sahillərində 7,3 bal gücündə zəlzələ oldu 29 Yanvar 2020, 00:01 Qarabağ kanalında batan var - YENİLƏNİB 28 Yanvar 2020, 23:53  “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır” - Vüqar Bayramov 28 Yanvar 2020, 23:45 Koronavirusun yaranma səbəbi: 3 ehtimal 28 Yanvar 2020, 23:27 Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR 28 Yanvar 2020, 23:11 Elmar Məmmədyarov həmsədrlərlə Qarabağ  problemini müzakirə etdi 28 Yanvar 2020, 22:47 İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR 28 Yanvar 2020, 22:32 ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərir 28 Yanvar 2020, 22:12 Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR 28 Yanvar 2020, 21:53 Zəlzələ Yunanıstanı da silkələdi 28 Yanvar 2020, 21:34 Bu dəfə yanğınsöndürənlər ayağa qalxdı 28 Yanvar 2020, 21:17 DYP Bakıda dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO 28 Yanvar 2020, 20:59 Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR 28 Yanvar 2020, 20:41 Türkiyədə yenidən zəlzələ oldu: əhali küçələrdə 28 Yanvar 2020, 20:26 Pakistanda güclü partlayış - VİDEO 28 Yanvar 2020, 20:07 Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB? 28 Yanvar 2020, 20:00 Ukraynadan Çinə uçuşlar dayandırılır 28 Yanvar 2020, 19:56 Saxta qulaqcıqların təhlükəsi məlum oldu 28 Yanvar 2020, 19:50 Azərbaycanda tələbələr nə qədər təqaüd alır? 28 Yanvar 2020, 19:42 Fərhad Abdullayev Konstitusiya Məhkəməsinə edilən şikayətlərdən danışdı 28 Yanvar 2020, 19:33 Deputat və həyat yoldaşı öldürüldü 28 Yanvar 2020, 19:26 Seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı - FOTO 28 Yanvar 2020, 19:19 Masallıda yeni çay plantasiyaları salınıb 28 Yanvar 2020, 19:11 Deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərlə görüşüb - FOTO 28 Yanvar 2020, 19:03 Mərkəzi xəstəxanalarda növbəni tənzimləyən terminallar quraşdırıldı 28 Yanvar 2020, 19:00 Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir - FOTO-VİDEO 28 Yanvar 2020, 18:58 Polis zabitindən nümunəvi ADDIM 28 Yanvar 2020, 18:53 Aslan Aslanov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 28 Yanvar 2020, 18:39 İDEA daha bir həyəti abadlaşdırdı - VİDEO 28 Yanvar 2020, 18:30 Cavanşir Paşazadə 6 kəndin sakinləri ilə görüşdü - FOTO 28 Yanvar 2020, 18:25 Allahşükür Paşazadəyə yubiley medalı təqdim olundu 28 Yanvar 2020, 18:17 Dünya çempionları Ülvi Quliyevi dəstəkləyir - VİDEO 28 Yanvar 2020, 18:09 Musa Quliyevin Gəncədə izdihamlı görüşü - FOTO 28 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?