Modern.az

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO

Aktual

13 Avqust 2019, 22:21

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçirilən “Qarabağ” APOEL oyunu yekunlaşdı.

Modern.az xəbər verir ki, doğma meydanda keçirilən oyun "Qarabağ"ın 0:2 heablı məğlubiyyəti ilə bitib.

Bu nəticə APOEL  komandasını növbəti mərhələyə daşıyıb.


Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir. Belə ki, UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək.

Qurban Qurbanovun yetirmələri UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

 

***

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçirilən “Qarabağ” APOEL oyununda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, 68-ci dəqiqədə Matiç topu "Qarabağ"ın qapısından keçirib: 0:2

***

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçirilən “Qarabağ” APOEL oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 34-cü dəqiqədə oyunun baş hakimi "Qarabağ"ın qapısına penalti təyin edib.

APOEL-in futbolçusu De Vinsenti penaltini dəqiq yerinə yetirərək hesabı açır - 0:1.

 

****

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçirilən “Qarabağ” APOEL oyununa start verilib.

Modern.az xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika stadionu keçirilən görüşə komandalar bu heyətlə çıxıb:

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.


APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqirou, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Cuna Vidiqal

Baş məşqçi: Tomas Doll

İlk oyun – 2:1

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir