Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Modern.az-ın məlumatına görə, örən axşam 3 oyun keçirilib. "Qarabağ"ın Avroliqanın pley-off mərhələsindəki potensial rəqibləri “Linfield” (Şimali İrlandiya) “Sutyeska”nı (Monteneqro) qəbul edib və 3:2 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub.
13 avqust
“Dundalk” (İrlandiya) - “Slovan” (Bratislava, Slovakiya) - 1:3
İlk oyun - 0:1
“Linfield” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) - 3:2
İlk oyun - 2:1
“Nomme Kalyu” (Estoniya) - “Düdelanj” (Lüksemburq) - 0:1
İlk oyun - 1:3