Modern.az

Mağazadan 340 min manat oğurlayan kassir tutuldu

Mağazadan 340 min manat oğurlayan kassir tutuldu

14 Avqust 2019, 13:15

Bərdə Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşmüş, orada xəzinədar işləyən X.Əliyev  saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, o, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər