Arxiv
14 Avqust 2019, 13:53 | ÖLKƏ
Rusiyanın orden və medallarını almış Azərbaycanın dövlət xadimləri - SİYAHI

Ötən gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilib. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

 

İndiyə kimi kimi Rusiyanın dövlət  mükafatı, orden və medalları ilə təltif olunan xeyli azərbaycanlı ictimai-siyasi xadim olub.

Modern.az ictimai-siyasi fəaliyyəti olan həmin şəxslərin bir qisminin siyahısını təqdim edir.


Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyeva 2015-ci ildə Rusiyadan mükafat alıb. Belə ki, həmin il president Vladimir Putin Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib. Leyla Əliyeva “Puşkin” medalına “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb.

 

Milli Məclisin sədri Oqtay  Əsədov MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun əli ilə  Rusiya Prezidenti Vladimir Putinin  adından “Dostluq” ordeni ilə təltif edilib.

 

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ötən il Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  tərəfindən “Şərəf” ordeni verilib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu  2015-ci il mayın 21-də Vladimir Putin tərəfindən Kremlin Yekaterina salonunda   “Şərəf” ordeni  ilə mükafatlandırılıb.

 

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov  2015-ci ildə Rusiyanın “Dostluq”  ordeni ilə təltif edilib. 

  

Sabiq nəqliyyat naziri Ziya Məmmədov Rusiya Federasiyası Nəqliyyat Naziriyinin “Fəxri dəmiryolçu” mükafatına, həmçinin  Rusiya Federasiyası Dərbənd şəhərinin “Fəxri vətəndaşı” adına layiq görülüb.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da mükafat alanlar sırasındadır.  Belə ki, bir neçə gün öncə  Rus icmasının sədr müavini Boris Voronin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, şəhər və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə “Şərəf və ləyaqət” ordenini təqdim edib.


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 2015-ci ildə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – “Əl-İzzət - Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunub. Bundan başqa, o, Rusiya Federasiyasının "Dostluq" və "Şöhrət" ordenini də alıb.

Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov 2016-cı Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03 Prezident onları təltif etdi - SİYAHI 21 Avqust 2019, 18:56 Sabir Nağıyevə general-leytenant rütbəsi verildi- Sərəncam 21 Avqust 2019, 18:46 Aktyor Məhərrəm Qurbanov vəfat etdi   21 Avqust 2019, 18:21 AFƏRİN deyirik! Halal olsun SİZlərə!!! 21 Avqust 2019, 18:11 Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər 21 Avqust 2019, 18:00 Daxili işlər nazirindən yol polisinə yeni TƏYİNAT 21 Avqust 2019, 17:53 “Sığortalı gələcək” proqramına start verilib 21 Avqust 2019, 17:47 Şüurlu vətəndaşlığın adi tələbi 21 Avqust 2019, 17:44