Arxiv
15 Avqust 2019, 12:01 | PARLAMENT
Fazil Mustafadan Sərdar Cəlaloğluna SƏRT CAVAB: “Dağıl ay dünya!”

“Yurd”çuların hamısının siyasi gedişatını təhlil edəndə aydın olur ki, onların içərisindən Azərbaycan dövlətinə, xalqına bağlı adam çıxmayıb. Elə bil bölüşdürüblər. Fazil Mustafa Azərbaycan tarixini aşağılamağa, Qüdrət Həsənquliyev isə Azərbaycan torpaqlarının işğal edilməsində təslimçi əhval-ruhiyyənin formalaşdırılmasına xidmət edir. Əli Kərimli istisna olmaqla, böyük əksəriyyəti hökumətin yanındadır. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev... ".

Bu ifadələri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlu BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin onlara qarşı səsləndirdiyi  ittihamlara cavab verərkən deyib.

ADP sədrinin səsləndirdiyi fikirlər arasında  deputat Fazil Mustafanın da adı keçir.


Sərdar Cəlaloğlunun bu fikirlərinə  Fazil Mustafa reaksiya  verib:

“Olsun, onsuz da bu cür yaramazların ittihamlarını bir tərəfə qoyub biz öz millətimizin faydasına olan çalışmalarımızı daha qətiyyətlə davam etdiririk. Nə dövlətimin, nə hökumətin, nə də millətimin nəzdində başımı aşağı edəcək hansısa məqam olmadığına görə alnı açıq cəmiyyət qarşısına çıxıb öz fikirlərimi, baxışlarımı ortaya qoyuram. Sadəcə bu ifadələr mənə iki il öncə Qüdrət bəyin mətbuata açıqladığı bir epizodu xatırlatdı. Demək Sərdar Cəlaloğluna hökumətin konkret bir məmuru ayda 10 min dollar pul verir. O vaxt 1 manat 70 sent idi və bir neçə ay bu pulu alan şanlı müxalifətçimiz (sonradan qulağından tutub prezident seçkilərinə də bu adla qatmışdılar) Sərdar Cəlaloğlunun içinə şübhə dolur və hövlanak gəlir Qüdrət bəyin yanına. Deyir, məndə şübhə var ki, bu pulu mənə manatla təyin ediblər, bəlkə konkret məmur bunu dollara dəyişib verir, bu məsələni dəqiqləşdirmək mümkündürmü?
Bir Allah bilir ki, bu epizod nöqtəsinə, vergülünə qədər doğru idi”.

Fazil Mustafa həmçinin, ADP sədrinin onu  hökumətə işləməkdə  ittiham etməsinə daha sərt yanaşıb:

“Dağıl ay dünya! Sərdar Cəlaloğlu da kimlərisə hökumətə işləməkdə ittiham edir. Razıyam ki, Sərdar Cəlaloğlunun bu hərəkətinə hökumətə işləmək deməzlər, buna xəbərçiliyə görə ödənən zəhmət haqqı deyərlər. Canı-könüldən xərcləyə bilərsən, halalındır”.


Qeyd edək ki, Q.Həsənquliyev ADP, AXCP, AMİP, Müsavat partiyası Qarabağ problemini sülh yolu ilə həll edəcəklərinə dair 2000-ci ildən üzərlərinə beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Əks halda biz öz işimizə davam edəcəyik” - Müdafiə naziri ABŞ-la razılaşmadan DANIŞDI 22 Oktyabr 2019, 12:58 Milli Məclis onu müstəqil deputatların MSK-dakı nümayəndəsi TƏYİN ETDİ   22 Oktyabr 2019, 12:56 Səməd Seyidov: “Onlar bunu da bacarmayacaqlar!” 22 Oktyabr 2019, 12:48 Bakıda keçiriləcək sammitdə 60 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək 22 Oktyabr 2019, 12:46 Nazir: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 22 Oktyabr 2019, 12:39 Siyavuş Novruzov: “Biz xalq artistiyik ki, “Instagram”da oturaq?!” 22 Oktyabr 2019, 12:29 Deputat Milli Məclisdə sərt DANIŞDI: “Sizin fəaliyyətiniz nədən ibarətdir?” 22 Oktyabr 2019, 12:16 YAP-ın Gəncə təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradıldı - VİDEO 22 Oktyabr 2019, 12:05 Sabah 25 dərəcə isti olacaq – PROQNOZ 22 Oktyabr 2019, 12:04 “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb 22 Oktyabr 2019, 11:55 “BakıBUS” avtobuslarını necə qoruya bilir... 22 Oktyabr 2019, 11:44 Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm” 22 Oktyabr 2019, 11:42 “Formula 1” Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı 22 Oktyabr 2019, 11:42 “Bakı Metropoliteni” qatarların intervalındakı gecikməyə AYDINLIQ GƏTİRDİ 22 Oktyabr 2019, 11:39 Marneulidə soydaşlarımız üçün möhtəşəm konsert təşkil olunub - FOTOLAR 22 Oktyabr 2019, 11:20 BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib 22 Oktyabr 2019, 11:12 Baş prokuror bu rayonların sakinlərini qəbul edəcək 22 Oktyabr 2019, 11:04 Dərbənd topu 22 Oktyabr 2019, 11:03 Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ 22 Oktyabr 2019, 10:56 Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Akademiyasına üzv oldu 22 Oktyabr 2019, 10:56 İmtahanlarda zal nəzarətçisi olmaq istəyən 518 nəfər qeydiyyatdan keçib   22 Oktyabr 2019, 10:50 Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı 22 Oktyabr 2019, 10:47 Deputatlar feministlərin Bakıdakı aksiyasını qanunsuz hesab edirlər 22 Oktyabr 2019, 10:40 Türk iş adamından təklif: “Türkiyə məktəblərində Azərbaycan, Avropada Qarabağ...” 22 Oktyabr 2019, 10:34 Təhsil Nazirliyində yeni TƏYİNATLAR - FOTO 22 Oktyabr 2019, 10:21 “Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır” 22 Oktyabr 2019, 10:20 Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?.. 22 Oktyabr 2019, 10:16 Dünya yenidən Bakıya toplanır 22 Oktyabr 2019, 10:11 Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanıldı 22 Oktyabr 2019, 10:00 Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib 22 Oktyabr 2019, 09:55 1874 uşağa reabilitasiya xidmətləri göstərilib 22 Oktyabr 2019, 09:53 “Məndən heç nə soruşmayın”- Baş Nazirin 74 yaşlı 1-ci müavini YAQUB EYYUBOV 22 Oktyabr 2019, 09:49 Goranboyda gözlənildiyindən çox pambıq yığılıb 22 Oktyabr 2019, 09:43 Baş Nazir Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. 22 Oktyabr 2019, 09:39 Ermənilər Qazax və Tovuzu atəşə tutdu 22 Oktyabr 2019, 09:35