Arxiv
16 Avqust 2019, 08:41 | REPORTAJ
Bir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurdu - FOTOLAR + VİDEO

Avqustun 15-də Masallı rayonundakı şadlıq saraylarından birində “Aprel Şəhidi” Nurəddin Mirzəyevin qardaşı Nəcməddin bəy və digər “Aprel Şəhidi” Rəşid Baxşəliyevin bacısı Gülzar xanımın möhtəşəm toy məclisi keçirilib.

Modern.az saytı xəbər verir ki, qeyri-adi toyda bəy və gəlin masasını Şəhidlərimizin uğrunda can verdikləri Azərbaycan Bayrağı və hər iki Şəhidin rəsmləri bəzəyib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməsi ilə açıq elan olunan mərasimdə Şəhid Nurəddin Mirzəyevin xidmət etdiyi N saylı hərbi hissənin zabitləri, Şəhidin döyüş yoldaşları, Yardımlı rayon İcra Hakimiyyətinin (RİH), rayon Gənclər və idman idarəsi (Gİİ) və Səfərbərlik və Hərbi xidmətə çağırıış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon bölməsinin nümayəndələri iştirak ediblər.

Hərbi qulluqçular çıxış edərək N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Firudin Əzizovun qurulan bu müqəddəs ailəyə təbrik məktubunu oxuyub, bəy və gəlinə qiymətli hədiyyələr təqdim ediblər.

Yardımlı RİH-nin Sənədlərlə  və vətəndaşların   müraciətləri ilə  iş  şöbsinin müdiri Zakir İmanov rayon rəhbərliyi olaraq bu şad günə şərik olmağın böyük bir şərəf olduğunu, Şəhidlərimizin daim xalqın və ölkə rəhbərliyinin diqqətində olduğunu vurğulayıb.

Daha bir maraqlı və ibrətamiz məqam ondan ibarətdir ki gənclərin tanışlığı da qəribə bir uyğunluqla baş verib. Belə ki, onlar məhz digər bir "Aprel Şəhidi" olan Nurlan Əsgərlinin qardaşının toy məclisində tanış olublar. Yəni yeni qurulan bu Azərbaycan ailəsinin təməli sırf Şəhidlərlə bağlıdır.

Hər kəsə örnək olan gənclərimizin Vətənə və Şəhidlərimizə layiq bir ailə olacaqlarına inamımızı ifadə edirik. Bəylə gəlini ADPU-un tələbəsi Taleh HunOba Nurlu onların izdivacına həsr etdiyi "Şəhidlərin qurduğu ailə" şeir ilə təbrik edib.

Xatırladaq ki, iyulun 13-də Bakıdakı şadlıq saraylarından birində cütlüyün qız toyu keçirilmişdi...

 

ALLAH'ın adını gətirim dilə,

Bu gün günəş doğmuş, obaya-elə.

Nitqim tutulmayıb, İlahi, belə...

Hikmətinə qurban, ey nizam quran.

 

ŞƏHİD oğulların yurdun dayağı,

Şəhidlik bir xalqın namus sınağı,

Yayıldı Cahana səsi-sorağı,

Bizlərik keşikdə, şux, qiyam duran.

 

Biz qurban verəndə alnı xınalı,

Canlandı Vətənin azad xəyalı,

Qəbul edib Vətən bu saf amalı,

İki köz üstündə od çatdı yanan.

 

Nurəddin səslədi, Rəşid  hay verdi,

İlahi bir aldı, iki pay verdi,

Borandan keçirdi, bahar-yay verdi,

Sənsən ayrıları cüt qovuşduran.

 

Nəcməddin, bu toyda iki qonaq var,

Gülzar bacı, hər əməldə sınaq var,

Nurəddin, Rəşiddən burda soraq var,

Mübarək söyləyir bu ana cahan.

 

O cəsur qardaşa layiq qardaş ol,

Gülzar, yoldaşına hər vaxt sirdaş ol,

Vətənçün  coşğun çay, qaya ol, daş ol.

Vətənə dayaqdır ailə - insan.

 

İki övladınız gəlsin dünyaya,

Biri Nurəddintək dəniz baxışlı..

Xoşbəxtlik saçaraq gülsün dünyaya,

Biri qara gözdə Rəşid naxışlı...

 

Taleh MİRZƏYEV

Toydan qısa görüntülərə aşağıdakı videoda baxa bilərsiniz:

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Distant təhsilin üstünlükləri… 15 Noyabr 2019, 09:13 Sürücülər idarəetməni niyə itirir? - SƏBƏBLƏR 15 Noyabr 2019, 09:01 İnternatı tərk edən kimsəsiz gənclər... 15 Noyabr 2019, 08:48 Bakıda yaşayış binası yandı - 10 nəfər tüstüdən zəhərlənib 15 Noyabr 2019, 08:32 4 milli komanda Avro-2020-nin final mərhələsinə çıxdı - NƏTİCƏLƏR 15 Noyabr 2019, 08:23 Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 Şahbaz Xuduoğlu qardaşının Almaniyada həbs olunmasından danışdı 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08