Arxiv
18 Avqust 2019, 16:28 | AKTUAL
“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI

Tanınmış vəkil Adil İsmayılov keçmiş daxili işlər naziri (16 may 1992 - 16 aprel 1993) İsgəndər Həmidovun məhkəmə işi ilə bağlı maraqlı məlumat açıqlayıb.  

Modern.az saytı Adil İsmayılovun bununla bağlı yazısını təqdim edir.

- İsgəndər Həmidovla şəxsi tanışlığımız bu məhkəmədən xeyli əvvələ təsadüf edir. Onunla bağlı müxtəlif tipli xatirələrim var. Belə xatirələrimdən biri 1993-cü ilin fevralında AXC-nin qurultayı günü keçmiş Lenin sarayının qarşısında olan görüşümüzə aiddir. Bəyin yadında qalaıbsa, özü danışsa, məmnun olaram, yadında deyilsə və etiraz etmirsə, mən danışaram.

İndi isə onu deyim ki, İsgəndər bəy koloritli simadır, bütün mənfi və müsbətlərinə rəğmən çox səmimi insandı, hətta bəzi məqamlarda bu səmimilik sadəlövhlük həddinə çatır. Onun xətri mənim üçün əzizdir və bilirəm ki, bu qarşılıqlıdır. İndi də ara-sıra xeyir-şər məclislərində görüşürük. Qayıdaq Həmidovun məhkəməsinə 

İsgəndər Həmidov vəkil kimi müdafiə etdiyim nazir postu tutmuş şəxslərdən biri, daha doğrusu birincisi idi. Həmidovun məhkəməsi 1995-ci ildə, Azərbaycan Respublikasının 1-ci çağırış Milli Məclisinə seçkilər ərəfəsinə düşdü. İşə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılırdı.

Onda hələ ağır cəzalar, üzr istəyirəm ağır cinayətlər məhkəmələri yox idi. İşə Ali Məhkəmənin hakimi Mansur İbayev baxırdı. (Ramil Səfərovun işində olduğu kimi xalq iclasçıları , yəni peşəkar hakim olmayan sağdış, soldışla).

Həmidov dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə və digər ağır cinayətlərdə ittiham olunurdu, bu barədə bir qədər sonra. İttihamnamədə ( o vaxt ittiham aktı belə adlanırdı) səhv etmirəmsə, 50 nəfərə kimi şahidin dindirilməsi nəzərdə tutulurdu.

Zərdüşt Əlizadə zərərçəkmiş şəxs idi. Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 ilə kimi azadlıqdan məhrum etmə gözləyirdi. Həmidova bu əmələ görə müharibə şəraitində hərbçinin səlahiyyət hədlərini aşması maddəsi verilmişdi.

Məhkəmənin birinci günü ittiham elan edildi, Həmidov dindirildi və təbii ki, ittihamları qəbul etmədi. Mən həmişə bu fikirdə olmuşam kii, o, ittihamların hamısı qanunsuz və əsassız idi. Məhkəmə çıxışında da dedim ki, prokurorluq günahla təqsiri səhv salıb. Həmidovun günahları çox ola bilər. Amma elan edilmiş ittihamda onun təqsiri yoxdur.

İkinci və üçüncü məhkəmə iclaslarında ən çoxu 10 nəfərə kimi şahid dindirildi. Bunlardan yadımda qalan iki nəfər general mayor Aleksandr Vasyak və Milli Məclisin üzvü Rauf İsmayılov idi. Hər ikisi Həmidovun əleyhinə heç nə danışmadı. Zərdüşt Əlizadənin məhkəməyə gəlib-gəlməməsini xatırlamıram. Beləliklə, 10 şahidi dindirdikdən və üçüncü məhkəmə iclasında fasilədən qayıtdıqdan sonra hakim gözlənilmədən məhkəmə istintaqının bitdiyini elan edildi.

Aydın məsələdir ki, mən etiraz etdim. Hakimi qanunlara hörmət etməyə çağırdım. İttihamın şahidləri dindirilmədən, bizə əlavə şahidlər dəvət etmək üçün şərait yaradılmadan, məhkəməyə gəlməyən şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sənədlər elan edilmədən məhkəmə istintaqının başa çatmasının qanunsuz olmasını dedim. Amma sədrlik edən mənə qulaq asmaq belə istəmədi və çıxışlara keçdi.

Birinci çıxış üçün sözü dövlət ittihamçısına-prokurora verdi. Görünürdü ki, prokuror hadisələrin bu cür inkişafına hazır idi, bunu əvvəlcədən bilirdi. 10-15 dəqiqə çıxış edib məhkəmədən Həmidova 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş etdi.

Sədr çıxış üçün mənə söz verdi. Yerimdən qalxaraq çıxışa hazır deyiləm dedim. Hakim 5 dəqiqə fasilə elan etdi və zaldan çıxdı. Fasilədə katib mənə yaxınlaşıb dedi ki, İbayev çağırır. Mən hakimin otağına getdim. İbayev dedi ki, ona tapşırıq verilib bu gün məhkəmə bitməlidir və hökm oxunmalıdır. Cavab verdim ki, mən bu vəziyyətdə çıxış edə bilmərəm. Yenə də yadına saldım ki, istintaqın bu vəziyyətdə bitməsi qanunları tapdalamaqdır. Hakim dediyində israr edəndə otaqdan çıxdım...


Davamı olacaq

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkələr pullarını yuyacaq - virus əleyhinə 20 Fevral 2020, 08:10 Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur 20 Fevral 2020, 08:00 Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55