Arxiv
23 Avqust 2019, 12:20 | ANALİTİKA
Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…

“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqənin işlək vəziyyətdə olduğunu söyləyib. Onun fikirlərindən belə nəticəyə gəlinir ki, lazımi hallarda müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb, hansısa məsələni yoluna qoymağa çalışırlar”.

Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni nazirin müzakirəyə səbəb olan fikirlərini şərh edərkən berlə deyib. Politoloq qeyd edib ki, iki tərəf arasında rabitənin qurulması haqqında razılıq ölkə rəhbərlərinin ötən ilin sentyabr ayında keçirilmiş qısa görüşündə əldə olunub:

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. Liderlər əsas olaraq, təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyanın sözlərinə görə, o, İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırıb, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar verib.

Bu müzakirədən bir il keçib. Göründüyü kimi, Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Erməni baş nazir də bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi”.

E.Şahinoğlu mövcud vəziyyətdə Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyasının işləkliyini mümkün hesab etmir:

“Azərbaycan ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edirlər, taktiki döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə, bu heç nəyə yaramır. Mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib. Bütün hallarda Azərbaycan Müdafiə Nazirliyinin və ya XİN-nin erməni nazirin "kommunikasiya" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasına ehtiyac var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37 Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər 19 Yanvar 2020, 11:23 “Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb 19 Yanvar 2020, 11:18 Yunanıstanda zəlzələ olub 19 Yanvar 2020, 11:13 Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı 19 Yanvar 2020, 11:08 Tramp impiçment üzrə bütün ittihamları rədd edib 19 Yanvar 2020, 10:43 Pensiyalar nə qədər artacaq? 19 Yanvar 2020, 10:37 Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər 19 Yanvar 2020, 10:27 Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb 19 Yanvar 2020, 10:20 Azərbaycanda ata adı və soyadından imtina edənlər - RƏSMİ 19 Yanvar 2020, 10:02
SORĞU Yeni parlamentdə kimlər olsun?