Modern.az

Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi

Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi

Aktual

24 Avqust 2019, 22:59

Sumqayıtda şadlıq evində başlayan yanğın söndürülüb.

Modern.az xəbər verir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

FHN-dən verilən son məlumata görə, yanğın artıq söndürülüb.


***

 

"Sumqayıtda şadlıq evində yanğın başlayıb. Yanğın şəhərin 17-ci məhəlləsində yerləşən "Nur" şadlıq evində qeydə alınıb".

Bu barədə Modern.az-a yanğın olan şadlıq evindəki mərasimdə iştirak edən qonaq məlumat verib.


Məlumata görə, yanğın  toy məclisi zamanı mətbəxdən başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır