Modern.az

İki minik avtomobili toqquşub, xəsarət alanlar var

İki minik avtomobili toqquşub, xəsarət alanlar var

Aktual

25 Avqust 2019, 14:40

Bu gün Goranboy rayonunda yol-nəqliyyat qəzası olub.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Goranboy-Naftalan avtomobil yolunun Naftalan şəhərinə yaxın hissəsində baş verib.

 

"VAZ 2106" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı azyaşlıya hadisə yerində tibbi yardım göstərilib.

 

Digər iki nəfər - 1996-cı il təvəllüdlü Şabran rayon sakini Qəhrəmanov Əmrah Orucəli oğlu və 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Novruzlu Səbuhi Rövşən oğlu Goranboy rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər ikisinin durumu orta-ağır dəyərləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi