Modern.az

Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO

Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO

25 Avqust 2019, 18:03

İsmayıllı rayonunun Balik kəndində yas mərasimi zamanı uçan evdə yaralananların kimliyi bilinib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evində baş verib.

Məlumata görə, S.Babayevanın həyat yoldaşı gecə saatlarında rəhmətə gedib. Mərasimə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən, evin döşəməsi insanların ağırlığına tab gətirməyərək çöküb. Dağıntı zamanı 6 nəfər müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bunlar Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı və Quliyeva Ofeliya Nadir qızıdır. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi