Arxiv
30 Avqust 2019, 17:08 | İQTİSADİYYAT
Azərbaycankı bankların aktivləri rekord səviyyəyə çatdı - STATİSTİKA

31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090.0 mln. manat, cəmi öhdəlikləri isə 25,507.0 mln. manat təşkil edib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumata görə, sektorun balans kapitalı 4,583.0 mln. manat olub.

İyul ayına sektorun aktivlərinin 44.3%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (196.2 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,342.3 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2.5% (210.1 mln. manat) artaraq 8,650.7 mln. manata çatıb.

 

2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8,471.6 mln. manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0.4% (19.9 mln. manat) artaraq 5,357.4 mln. manat təşkil etmişdir. Artım milli valyutada olan əmanətlər (58.7 mln. manat, 2.5%) üzrə baş vermişdir.

Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% (375.7 mln. manat) artaraq 10,573.2 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 11.4% (257.6 mln. manat) artaraq 2,510.8 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 6.9% (274.0 mln. manat) artaraq 4,246.3 mln. manata, xarici valyutada olan müddətli depozitlər isə 12.3% (249.8 mln. manat) artaraq 2,285.5 mln. manata çatıb.

Sektorun balans kapitalı iyul ayı ərzində 0.4% (16.7 mln. manat) azalaraq 4,583.0 mln. manat təşkil etmişdir.

İyul ayında bankların əməliyyat mənfəəti 13.9% (57.7 mln. manat) artaraq 472.4 mln. manat, xalis mənfəəti isə 406.2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.7%, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artmışdır.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,582 olub. Bank sektorunun işçi heyətinin sayında artım iyul ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin iyul ayında işçi sayı 0.8% (146 nəfər) artaraq 18,434 nəfər təşkil edib.

31 iyul 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58 Bakının bu rayonunda su kəsiləcək 27 May 2020, 10:45 HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi 27 May 2020, 10:33 Masallıda "Azərişıq" əməkdaşlarının güllələnməsinə görə cinayət işi AÇILDI 27 May 2020, 10:21 Kapital Bank POS terminal komissiyalarına endirim etdi 27 May 2020, 10:17 Gördüyüm yuxunu suya danışım… 27 May 2020, 10:05 Kamilə Əliyeva: "Ölkəmiz hər zaman yeniliklərə, müasir texnologiyalara açıq olub" 27 May 2020, 10:00 Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT 27 May 2020, 09:56 Ermənistan cəbhədə snayper tüfənglərini işə saldı 27 May 2020, 09:47 Əsas siyasi rəqibi Trampı “hərtərəfli axmaq” adlandırdı 27 May 2020, 09:39 Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO 27 May 2020, 09:25 Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ 27 May 2020, 09:22 Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub 27 May 2020, 09:06 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi 27 May 2020, 08:58 ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu 27 May 2020, 08:37 ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü 27 May 2020, 02:38 Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb 27 May 2020, 00:49 Tanınmış iş adamı dünyasını dəyişdi 27 May 2020, 00:38 Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb 27 May 2020, 00:29 Daha bir ölkədə futbol çempionatına icazə verilir 27 May 2020, 00:13 Moskvada daha 73 koronavirus xəstəsi öldü 26 May 2020, 23:58 Bakıda evdən kişi meyiti tapıldı 26 May 2020, 23:44 Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO 26 May 2020, 23:29 Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi - FOTO 26 May 2020, 23:12 Bakıda “Jara” festivalı keçiriləcək - EMİNDƏN AÇIQLAMA 26 May 2020, 22:56