Arxiv
4 Sentyabr 2019, 08:45 | ƏDƏBİYYAT
Əməl əqidəyə xidmət edəndə

“Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil”- söyləmişdi böyük fransız yazarı Onore de Balzak. Çox doğru fikir. Millətin millət kimi formalaşmasında, ictimai şüurunun yaranmasında onun maarifinin necə böyük rol oynadığını zaman sübut etdi. Bizi o maarif işığına qərq edən isə ömrünü-gününü şam kimi əridən müəllimlərdir. O, müəllimlər ki, qəlbimizə, şurumuza “ana, vətən, millət sevgisinin toxumlarını” əkdilər. Yeri gəlmişgən bir faktı qeyd edim ki, bu günlərdə bir yazı oxudum. Müəllif çox haqlı olaraq israrla tələb edir ki, (əslində yalvarırdı) hər kəsə “müəllim”- deyə müraciət etməyək. Amanın günüdür, insanlıqdan belə xəbəri olmayan, cibi dolu, başı boş, qəlbi vətən, millət sevgisindən çox-çox uzaq olanlara “müəllim”- deyə müraciət edərək bu müqəddəs peşəni alçaltmayaq...

             
Onun haqqında çox eşitmişdim. Həssas və xeyirxah insandır, istedadlı və tələbkar müəllimdir, yüksək idarəçilik qabiliyyətinə malikdir, xeyir-şər adamıdır, sədaqətli ömür-gün yoldaşıdır, mehriban, qayğıkeş atadır, babadır. Hər dəfə eşitdiyim bu xoş sözlər qəlbimdə ona qarşı bir daha böyük hörmət və ehtiram hissi yaradırdı. Ömrünün-gününün 50 ilindən çoxunu Qəbələ rayon Nohurqışlaq kənd orta məktəbinə bağlayan, peşəsinin fədaisı olan Yaqub Həmid oğlu Tahirovla bu günlərdə görüşüb, söhbət etdik. Söhbət zamanı bir daha əmin oldum ki, Tanrı onu məhz bu peşə üçün yaradıb. Çox yüksək insani keyfiyyətlərə malik olan Yaqub müəllim təpədən-dırnağa bir əxlaq təcəssümüdür. Sözlərindən, üz-gözündən bir paklıq süzülür... Hiss etdim ki, qarşımda bir zaman müqəddəs sandığımız (küçədə-bayırda görəndə yerişimizi, danışığımızı itirdiyimiz (hörmət əlaməti olaraq) əsl müəllim dayanıb. O, müəllim ki, bizlərə təkcə yazıb-oxumaq dərsi keçmədi, həm də həyat, əxlaq, insanlıq dərsi aşıladı... 

      
Əslində bu belə də olmalıdır. “Ot kökü üstə bitər”- əbəs yerə deyilməyib. Həmid kişi eldə-obada zəhməti, hörməti, böyük-kiçik yeri bilməsi ilə çoxlarına nümunə idi və övladlarını da elə yetişdirdi. Odur ki, bu gün təkcə Nohurqışlaq kəndində, Qəbələ rayonunda deyil, hətta respublikada Həmid kişinin “uşaqları” böyük hörmət-izzət sahibidirlər. Onların arasında alimi də, həkimi də, müəllimi də var və xoşbəxtlikdən hər biri yalnız öz peşəsi ilə deyil, həm də ədəb-ərkanı ilə bu nəslə baş ucalığı gətirir.

      
1951-ci ilin dekabrı. Güclü qar kəndi-kəsəyi ağ örpəyə bürüsə də, Həmid kişi öz işində-gücündə idi və axşam çağı aldığı şad xəbər bütün yornuğunu ona unutdurur, bir oğul övladı dünyaya gəlir. O, oğul ki, illər sonra bir evin yox, bir elin sayılıb-seçilən oğlu olur. 1969-cu ildə Nohurqışlaq kənd orta məktəbini əla qiymətlərlə başa vuran Yaqub sənədlərini BDU-nun tarix fakültəsinə verir və yüksək qiymətlərlə universitetə qəbul olur. Bitib-tükənməz arzularla, qayğılarla dolu olan tələbəlik illərinin başa vuran gənc tərəddüd etmədən öz doğma kəndinə üz tutur.

    
Yaqub müəllim böyük həvəs və ehtirasla müəllimlik fəaliyyətinə başlayır, bir müddət sonra ona etimad göstərilir, bir necə il Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin icra nümayəndəsi və Nohurgöl kolxozunun sədri işləyir. Amma bu onun ürəyincə deyildi. Gənc müəllimin arzusu uzun illər xalqına yanlış təbliğ edilən tariximizin qaranlıq səhifələrinə işıq salmaq onları, təbliğ etmək idi. Elə bu arzu ilə də yenidən Nohurqışlaq kənd orta məktəbinə qayıdır və ömrünü birdəfəlik bu peşəyə bağlayır.

      Təməli 1922-ci ildə qoyulan Nohurqışlaq kənd məktəbi əvvəl 7 illik məktəb kimi fəaliyyət göstərib, 1954-cü ildən tam orta məktəbə çevrilib. 2006-cı ildə isə kənddə yeni məktəb tikilib istifadəyə verilib və 2012-ci ildən bu məktəbə Yaqub müəllim rəhbərlik edir. 13 il kecməsinə baxmyaraq məktəbdə aparılan səliqə-sahman işləri onun sanki bu gün təhvil verilməsini xatırladır. 1-hektar sahəsi olan məktəbin həyətində yeni qurğularla yanaşı meyvə bağı da salınıb. İdman zalı yeni avadanlıqlarla təmin edilib. Keçən il məktəbin istilik sistemində dəyişiklik edilərək qazlaşdırılıb.

        
Ən əsası Nohurqışlaq məktəbində istər dərs zamanı, istər dərsdən sonra müəllim-şagird kollektivi arasında çox böyük nizam-intizam var. Tərbiyə və təhsil qoşa aparılır. Təbii bu işdə məktəb rəhbərliyi ilə yanaşı kollektivin də böyük əməyi var. Hazırda məktəbdə 529 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur. Onlardan Əzimova Sara, Məmmədova Mahluq, Səlimova Səbinə, Atakişiyev Fazil məktəbin bütün tədbirlərində fəallıq göstərirlər. F.Atakişiyev ötən il “Maarif əlaçısı” döş nişanı ilə təltif edilib.

       
Keçən və bu il bütövlükdə məktəb kollektivi üçün çox uğurlu olub. 2018-ci ildə rayonlararası keçirilən “Kim? Harada? Necə?” yarışmasında (Qax rayonunda) Nohurqışlaq məktəbi I yeri tutaraq rayon turuna çıxıb. Elə həmin il Qəbələ rayon orta məktəblərində Təhsil Nazirinin əmri ilə rayonlararası təcrübə mübadiləsi keçirilib. Yarışda rayon üzrə cəmi beş məktəb iştirak edib ki, həmin məktəblərdən biri də Nohurqışlaq kənd  tam orta məktəbidir. Bu il “Xəzər” TV-də keçirilən “Əlaçı” yarışmasında məktəbin şagirdi Bilal Haqverdiyev I yer qazanaraq mükafatlandırılıb. Türkiyənin İzmir şəhərində keçirilən idman yarışında fəal iştirakına görə məktəbin şagirdi Samid Əhmədov “İzmir futbolunun əlaçısı” medalı ilə təltif edilib. Məktəbdə mütamadi olaraq rayon təhsil şöbəsinin və təcrübəli müəllimlərin iştirakı ilə açıq dərslər kecirilir. Bu təcrübə rayonun digər məktəblərində də yayılır. Bu və ya digər naliyyətlərinə görə məktəbin kollektivi Azərbaycan Respublikası Mərkəzi Həmkarlar İttifaqı Konfedrasiyasının medalına layiq görülüb.         

    
Məktəbdə yüksək səviyyədə qurulan nizam-intizamın və keyfiyyətli təhsilin nəticəsidir ki, məktəbin məzunları hər il ən yüksək balla ölkənin nüfuzlu ali məktəblərinə qəbul olurlar. Məktəbin  18 şagirdi 600 bal toplayıb. Zeynəb Hacıyeva (683 bal), Nərgiz Tahirli (677-bal) rayon üzrə ən yüksək balla alı məktəblərə qəbul olunublar. Hazırda məktəbin iki məzunu Prezident təqaüdü alır. Üç nəfər isə fənn Olimpiadasının qalibi olub. İkisi qızıl, biri gümüş medalla mükafatlandırılıb. 2010-2011-ci illərdə məktəb pedaqoji naliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Respublikanın “Ən qabaqçıl məktəbi” adına və 10 min manat mükafata layiq görülüb.

    
Əlbəttə, bütün bu uğurların qazanılmasında daha çox Yaqub müəllimin əməyi var. Çünki, istər hər bir ailədə, istər hər bir müəssədə sağlam mühitin yaranmasında, təlim-tərbiyənin qurulmasında onun böyünün rolu danılmazdır. Təbii ki,  burada əsas rolu Yaqub müəllimin böyüdüyü ailə ilə yanaşı, bu gün özünün ağsaqqalı olduğu ailə də mühüm rol oynayır. Üç oğul, bir qız atasıdır. İşi kimi ailəsi də çoxlarına nümunədir. Əlbəttə, həyat yolunda rastlaşdığı çətinliklərin də, ailə qayğılarının  həllində ömür-gün yoldaşı Müşgünaz xanımın da rolu böyükdür. Uzun illərin sınağından üzü ağ çıxan ailədə qarşılıqlı hörmət hər şeydən üstün olub ki, bu gün onlar xoşbəxt baba və nənədirlər...

      
Yaqub müəllimdən ayrılarkən rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Şəxsiyyəti valideyin, ruhu isə müəllim tərbiyə edir” sözlərini xatırladım. Nə xoş ki, o, məktəbdə, o ailədə Yaqub müəllim kimi ziyalı var. Var olun Yaqub müəllim! Nə yaxşı bu gün Sizin kimi bu peşənin (hər bir çətinliklərinə baxmayaraq) fədaiəri var.               

 

Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı 18 Sentyabr 2019, 11:20 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdə söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04 Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43