Arxiv
4 Sentyabr 2019, 09:53 | PARLAMENT
Deputat Nəsib Məhəməliyev: “Oğlum, dostları üç gündür stress vəziyyətindədir”

"Üç gün əvvəl Bakının Şərifzadə küçəsində baş vermiş cinayət nəticəsində 1991- ci ıl təvəllüdlü Fərid Məmmədzadə bıçaqla, ürək nahiyyəsindən vurulan zərbə nəticəsində qətlə yetirilmişdir. Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına səbr arzulayıram.Üç gündür ki, Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stress vəziyyətindədirlər".

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Nəsib Məhəməliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədzadənin qətlinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, oğlu Fəridin qətliylə barışa bilmir:


"O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir.


Münaqişədən əvvəl tanış olmayan gənclərin belə ağır cinayət törətmələrinin motivi nədir?


Hesab edirəm istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar.


Bir neçə il öncə Milli Aviasiya akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Düşmənlə üz-üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsi hər bir valideyn üçün nə qədər dözülməz olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Və bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi.


Heç bir ciddi səbəb olmadan cəmiyyətdəki aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük,əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və sairə hallar cəmiyyətimizi narahat edən, düşündürən məsələlərdir.


Necə ola bilər ki, İKT- nın verdiyi imkanlardan sui-istifadə edərək, heç vaxt görmədiyin, tanımadığın insanları subyektiv fikirlərinə, statusuna görə tənqid yox, küçə söyüşləri ilə ağır formada təhqir edəsən. Şəxsi uğursuzluqlarının səbəblərini özündən başqa hər kəsdə axtarasan, dörd tərəfə nifrət dolu şər, böhtan yağdırasan.


Müxtəlif mənbələrdən aldığım məlumata görə, şəhərdə bir çox gənclər, hətta bəzi məktəbli yeniyetmələr belə özlərilə bıçaq gəzdirirlər. Sual olunur nə üçün? Kimə lazımdır bu? Ermənistan kimi mənfur, hiyləgər düşmənlə müharibə, Dövlətimizin inkişafını gözü götürməyən qüvvələrlə mübarizə şəraitində mənasız yerə özümüz özümüzə niyə düşmən kəsilməliyik. Allah qarşısında çox böyük cinayət törədərək , günahsız bir gəncin həyatına son qoyaraq, ailəsinə, yaxınlarına sağalmaz yara vurmalıyıq.


Hər gün səhərlər xəbər saytlarını izlədikdə, bu tipli ağır cinayətlərin Bakı şəhərində və bölgələrdə baş verdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu faciələrdən nəticə çıxarılmalı,ilk növbədə ailədə, məktəbdə uşaqların, gənclərin tərbiyəsilə çox sıx şəkildə məşğul olmalıyıq. Formal olaraq yox, ciddi şəkildə hər bir məktəbdə, kollektivdə, ( tək uşaqlarla deyil, həm də valideynlərlə) işləməyi bacaran psixoloqlara ehtiyac var.


Mən buradan hörmətli KİV nümayəndələrindən xahiş edirəm. Artıq dəb halını almış kriminal avtoritetlər, el arasında “vor zakon” kimi tanınan insanları qəhrəman obrazında təqdim edərək, onların həyatı, məişəti, kriminal çəkişmələri barədə məlumatların verilməsi düşünürəm ki, məqsədə uyğun deyil. Belə bir təqdimatdan, “təbliğatdan” sonra bir çox zəif iradəli gənclər də özlərini onlara oxşatmağa çalışır, nümunə kimi qəbul edirlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda ictimai siyasi həyatda üzdə olan bəzi insanlar da belə hərəkətləri təşviq edirlər. Bu gələcəyimiz üçün çox ziyanlı, təhlükəlidir.


Son vaxtlar şəhərin mərkəzi hissəsində DİN - i tərəfindən milli mənəvi dəyərlərimizə, əxlaqımıza zidd, xalqımızın imicinə xələl gətirən neqativ hallarla apardığı mübarizə ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir, razılıqla qarşılanır.


Hər bir normal vətəndaş cəmiyyətin kriminallaşmasının qarşısının alınmasında,gənclərin doğru, dürüst, vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz töhvəsini əsirgəməməlidir.
Vətənimizdə heç bir ailədə belə faciələrin yaşanmaması arzusu ilə..."

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti dəyişdi 15 Noyabr 2019, 23:47 Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı 15 Noyabr 2019, 23:32 Aksiyada polisə qarşı nalayiq hərəkət edən jurnalist cərimələnib 15 Noyabr 2019, 23:16 “Instagram” laykların sayını gizlətməyə başlayıb 15 Noyabr 2019, 23:03 Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı 15 Noyabr 2019, 22:46 Boşanan kişilər üçün sığınacaq yaradılır 15 Noyabr 2019, 22:29 Gəncədə oğul atasını qətlə yetirdi 15 Noyabr 2019, 22:13 Tramp impiçment  barədə danışdı 15 Noyabr 2019, 21:54 Mühacir skandalı böyüyür: Arif Hacılı mətbuat konfransı keçirəcək 15 Noyabr 2019, 21:37 5 PKK terrorçusu zərərsizləşdirildi 15 Noyabr 2019, 21:25 Krım zooparkında cırtdan donuzlar məhv edildi - SƏBƏB 15 Noyabr 2019, 21:11 Generaldan plyonka ilə bağlı göstəriş - RƏSMİ 15 Noyabr 2019, 20:55 İlham Əliyev Xalq Cəbhəsi dövründən danışdı: Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər   15 Noyabr 2019, 20:37 "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq" - Nikola Yurçeviç 15 Noyabr 2019, 20:19 İŞİD-in əsas rəhbərlərindən daha biri həbs edildi 15 Noyabr 2019, 20:06 Bərdədə 19 yaşlı gənc bıçaqlandı 15 Noyabr 2019, 20:00 Azərbaycan həmişə ABŞ-ın dəstəyini hiss edib - SPİKER 15 Noyabr 2019, 19:48 Rəfael Piriyev deportasiya edilmək üçün Fransadan Almaniyaya GƏTİRİLDİ 15 Noyabr 2019, 19:36 Azərbaycan meyvə-tərəvəz ixracını artırıb   15 Noyabr 2019, 19:20 “Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO 15 Noyabr 2019, 19:10 Bu yollarda sürət həddi endirildi 15 Noyabr 2019, 19:00 Fikrət Məmmədov vətəndaşları qəbul edib - FOTO 15 Noyabr 2019, 18:50 Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08