Arxiv
5 Sentyabr 2019, 08:46 | PARLAMENT
“Ali təhsil haqqında” qanun layihəsi hazırdı - Komitə sədri detallardan DANIŞDI

“Bir neçə aydır ki, “Ali təhsil haqqında” qanun layihəsi üzərində çalışırıq. İyunda layihənin müzakirəsinə dair ilk iclası keçirdik. İclasda Elm və təhsil komitəsi ilə yanaşı, digər qurumların da iştirakı ilə İşçi qrupunu formalaşdırdıq. İşçi qrupuna Elm və təhsil komitəsinin üzvləri daxildir. Bu deputatlar ali təhsillə birbaşa bağlıdırlar, o sahədə çalışıblar. Eyni zamanda, İşçi qrupunun  tərkibində Təhsil Nazirliyinin, eləcə də, digər qurumların   nümayəndələri  təmsil olunur. Həm ali məktəbləri, həm də vətəndaş cəmiyyətini təmsil edən şəxslər də var”.

Bunu Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən deyib.

 

“Sentyabrın 15-nə qədər təqdim olunmalıdır”

Komitə sədri bildirib ki, qanun layihəsinin modeli artıq hazırdır:

“İşçi qrupu bütün növ şəxslərlə əhatə olunmalıdır ki, sabah qanun layihəsi hazırlanarkən onların fikirləri ilə də tanış olaq. İşçi qrupunun  ilk iclasını da keçirmişik. İclasda”Ali təhsil haqqında”  qanun layihəsini  hazırlamaq üçün  strategiyanı müəyyənləşdirib müzakirə etmişik, məsələlərə aydınlıq gətirmişik. Bundan başqa, “Ali təhsil haqqında” qanunun modelini hazırlayıb İşçi qrupun hər birinə təqdim etmişik ki, tətil müddətində bu model ətrafında  işləyib,  öz fikir və mülahizələrini müəyyənləşdirib sentybarın 15-nə qədər Elm və təhsil komitəsinə təqdim etsinlər. Elm və təhsil komitəsinin işində parlamentin işçiləri də çalışırlar. Hər maddə üzrə maarifçilik işləri aparıb onların da fikirlərini dinlədik”.

 


Universitetlərdə himayəçilər qrupu yaradılacaq

İsa Həbibbəylinin sözlərinə görə, layihə üzərində işləyərkən dünya təcrübəsi də öyrənilib:

“Yay tətili müddətində dünya təcrübəsini də öyrəndik. Bir neçə ölkənin ali təhsil haqqında qanunlarına baxdıq. Rusiyanın, Belarusun qanun layihələrinə  nəzər saldıq. Həmçinin, Çin də bizim üçün maraqlı olduğundan onların da ali təhsil haqqında qanunlarına baxdıq. Macarıstanın da təhsil qanunu öyrəndik, bəzi məqamlara diqqət yetirdik. Dünyanın bir çox ali məktəblərində olmuşam. 17 il Naxçıvanda rektor kimi çalışarkən bizim ali məktəbin dünyanın 80 universiteti ilə əlaqələri vardı. Yaponiya, Türkiyə, eləcə də Qərb universitetlərinə səfərlərim olub. Keçən həftə Türkiyənin Maltəpə universitetində böyük tədbirdə iştirak etdim. Məni maraqlandıran bəzi məqamları soruşdum. Türkiyənin bütün universitetlərinin himayəçilər qrupu var. Bizdə isə ancaq bir neçə universitetdə himayəçilər qrupu  fəaliyyət göstərir. Düşünürəm ki, bizim universitetlərin də hamısında himayəçilər qrupu olmalıdır, universitet strategiyasının müəyyənləşdirilməsində bu qrupun müəyyən rolu var. Güman ki, qanunvericilikdə bu məsələ öz əksini tapacaq və universitetlərə tövsiyə olunacaq”.  

 

“Təhsil Nazirliyindən yeni təkliflər gözləyirəm”

İsa Həbibbəyli dünya  təcrübəsindən söhbət edərkən bir məqamı da qeyd edib.  “Harda ki, dünya standartları bizim xeyrimizədir, ondan faydalanmağa çalışacağıq” deyib:

“Elə ölkələr var ki, onların təhsil sistemi öz ölkəsi üçün realdır, bizə uyğun deyil. Dünya standartlarının ölkəmizdə kor-koranə  formada  qəbul edilməsinin əleyhinəyəm. Ölkəmizin öz reallığı, ənənələrimiz, modellərimiz mövcuddur. Elə dünya təcrübəsi ola bilər ki, təhsilimizə zərər gətirə bilər. Bizi irəli apara biləcək məsələləri götürməliyik. Eyni  zamanda,  dünya təcrübəsini öyrənmək baxımından çox işlər görmüşük. Artıq Elm və təhsil komitəsi  “Ali təhsil haqqında” qanun layihəsinin öz variantını hazırlayıb.  Daha doğrusu, yay tətili müddətində öz variantımı hazırlamışam. Gözləyirəm ki, İşçi qrupunun üzvləri də fərdi olaraq öz variantlarını versinlər. Onların varinatlarında olan üstünlükləri qəbul edib, onlarla birgə müzakirə edəcəyik. Bu zaman qanun layihəsini zənginləşdirəcəyik. Eyni zamanda, Təhsil Nazirliyinin işçilərindən yeni təkliflər gözləyirəm. Çünki onlar praktik olaraq  işlərin içindədirlər. Sentyabr ayı ərzində ilk versiyamızı İşçi qrupu ilə bir yerdə Elm və təhsil komitəsində müzakirə edəcəyik. İndiki halda bizi qane etsə, Milli Məclisin plenar iclasına tövsiyə edəcəyik. Əgər bizi qane etməsə, əlavə işləmək lazım gəlsə, yenidən məsələyə komitədə baxacağıq”.

 

“Özfəaliyyətə yol vermək olmaz”

Komitə sədri “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən ali məktəblərin dərslik məsələsinə də toxunub:

“Ali məktəblərdə dərsliklər fərqlidir. Dövlət proqramı əsasında hazırlanmır. Ali məktəblərin müvafiq kafedralarında hazırlanır. Fakultələrdə müzakirə olunur, Elmi şuralar qərar verir. Təhsil Nazirliyi indi çox yaxşı bir addım atıb. İndiyə qədər ali məktəblərin kafedralarında hazırlanan, fakültələrdə mütəxəssislər tərəfindən müzakirə olunan, ali məktəblərin elmi şuralarında son dəfə müzakirə olunub qərar verilən  dərsliklər bir daha Təhsil Nazirliyinə göndərilir. Artıq Təhsil Nazirliyi bürokratik maneəni aradan götürüb. Daha çox məsuliyyət ali məkəblərin üzərində qalıb. Ali məktəblərin qəbul etdiyi qərar dərsliklərin çapa getməsi üçün əsasdır. Bürokratik maneəni aradan götürmək, eləcə də ali məktəblərdə dərslik hazırlığına məsuliyyəti  daha da artırmaq üçün bu məsələlərin “Ali təhsil haqqında” qanun layihəsində öz əksini tapmasına çalışacağıq. Ali məktəblər üzrə dərslik hazırlanmasına ciddi ehtiyac var. Bütün ali məktəblərimiz bu barədə düşünməlidir. Özfəaliyyətə yol vermək olmaz. Hesab edirəm ki, ölkənin qabaqcıl ali məktəblərində dərsliklər hazırlansa yaxşı olar”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05