Arxiv
8 Sentyabr 2019, 10:40 | ÖLKƏ
300-dək məhkum ömürlük həbs cəzası alıb

“Hazırda Azərbaycanda 300 nəfərə yaxın ömürlük azadlıqdan məhrum edilən şəxs var”.

 

Bunu Modern.az-a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

 

Ə.Nuriyev qeyd edib ki, hər il ərzində bir neçə nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası alır:

“Bu cəzaya layiq görülənlər ağır, xüsusilə ağır cinayət törətmiş, dövlətə xəyanət edən, terrorçuluq fəaliyyətilə məşğul olan şəxslərdir. Ömürlük məhkumların sayı bütün cinayət etmiş şəxslərin sayından çox azdır. Ölkədə cəzanın humanistləşdirilməsilə bağlı atılan addımlar da burada təsiredici qüvvəyə malikdir. Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə bu cür cəzaların təyini mümkündür və edilir. Kimsə terrorizmlə məşğuldursa, iki və daha çox şəxsin ölümünə səbəb olubsa, onun da ömürlük azadlıqdan məhrum edilməsi mümkündür”.

 

Rəsmi statsitikaya görə, Azərbaycanda 1998-ci ildə 9 nəfər, 1999-cu ildə 14 nəfər, 2000-ci ildə 23 nəfər, 2001-ci ildə 19 nəfər, 2002-ci ildə 23 nəfər, 2003-cü ildə 21 nəfər, 2004-cü ildə 20 nəfər, 2005-ci ildə 13 nəfər, 2006-cı ildə 9 nəfər, 2007-ci ildə 18 nəfər, 2009-cu ildə 12 nəfər, 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 4 nəfər, 2012-ci ildə 9 nəfər, 2013-cü ildə 15 nəfər, 2014-cü ildə 13 nəfər, 2015-ci ildə 4 nəfər, 2016-cı ildə 10 nəfər, 2017-ci ildə 5 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2018-ci ildə isə 7 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.


Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir.


Məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə bağlı paylaşım etdi 18 Sentyabr 2019, 11:53 “Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX 18 Sentyabr 2019, 11:33 Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək 18 Sentyabr 2019, 11:32 Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı 18 Sentyabr 2019, 11:20 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04 Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31