Arxiv
9 Sentyabr 2019, 16:27 | İQTİSADİYYAT
AZAL menyusu ilə 111 aviaşirkət arasında 2-ci oldu

Təyyarə göyərtəsində təklif olunan xüsusi menyuların çeşidinə görə hava yolları şirkətlərinin reytinqi tərtib olunub.

 

Mütəxəssislər Rusiyadan uçan 111 aviaşirkətin menyusunu araşdıraraq bu sıralamanı hazırlayıblar.  Aviaşirkətlər arasında 25 Rusiya hava yolu şirkəti də olub. Modern.az Rusiya mətbuatına istinadən məlumat verir ki, hava yolları şirkətləri hər xüsusi yemək seçimi üçün bir xal alıblar. Mümkün olan ən yüksək xal  isə 27 olub.

 

Bu göstəriciyə ən yaxın aviaşirkət olaraq Sinqapur Hava Yolları seçilib. Sözügedən aviaşirkət sərnişinlərə 26 çeşiddə xüsusi menyu təklif etdiyinə görə siyahıda 1-ci olub. İkincilik isə Azərbaycan Hava Yollarına (AZAL)  verilib. AZAL 25 çeşiddə xüsusi menyu təklif edir.

 

İlk üçlükdə 23 xüsusi menyu seçimi olan JAL (Yaponiya) yer alıb. İlk beşliyə Çin Hava Yolları və Korean Air (22 çeşid) də daxil edilib.

 Qeyd edək ki, xüsusi menyular üçün bu cür seçimlər Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən müəyyənləşdirilib. “Aeroflot” isə göyərtəsində olan xüsusi yemək seçimlərinə görə beynəlxalq reytinqdə 20-ci yeri, Rusiya aviaşirkətləri arasında isə birinci yeri tutub.

 

Ümumilikdə Rusiyadan yola çıxan sərnişinlər 71 aviaşirkətdə xüsusi menyu sifariş edə bilərlər. Bu növlərə uşaq, vegetarian, pəhriz, dini və s. xüsusi yemək menyuları daxildir. 71 aviaşirkətin 15-də belə menyuları yalnız pulla almaq və ya biznes-sinif uçuşlarında sifariş etmək olar.

 

Xüsusi menyunun ən geniş yayılmış növü vegetarian qidalar seçimidir ki, bunu da  58 aviaşirkət təklif edir.

 

Rusiyadan uçan aviaşirkətlərin yarıdan çoxu sərnişinlərinin sağlamlıq vəziyyətlərini nəzərə alaraq xüsusi diyet əsasında hazırlanan və ya allergen olmayan menyu seçimi təklif edirlər. Sərnişinlər həmin aviaşirkətlərdən tərkibində laktoza, qlüten, yağ və ya duz olmayan yeməkləri sifariş edə bilərlər.

 

Rəna KƏRİMOVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyanın Patriarxı Bakıya gəlir 11 Noyabr 2019, 23:58 SOCAR yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37 İrandakı zəlzələ Naxçıvanda da hiss olundu 11 Noyabr 2019, 14:20 Göyçayda ev yandı 11 Noyabr 2019, 14:05 Sabah 2020-ci ilin büdcə müzakirəsi başlayır 11 Noyabr 2019, 13:50