Modern.az

Avstriya nasizm qurbanlarının ailə üzvlərinə ikili vətəndaşlıq verir

Avstriya nasizm qurbanlarının ailə üzvlərinə ikili vətəndaşlıq verir

13 Sentyabr 2019, 23:01

Avstriya dövləti nasionalsosializm dövrünün (1933-1945) qurbanı olmuş şəxslərin ailə üzvlərinə ikili vətəndaşlıq hüququ verəcək.

Modern.az  Azərtac-a istinadən  xəbər verir ki, bu barədə qanun layihəsi parlamentdə təmsil olunan üç böyük partiya tərəfindən dəstəklənib. Qanun layihəsinin təşəbbüsçüsü Avstriya Sosial-Demokratlar Partiyasının rəhbəri Pamela Rendi-Vaqner bildirib ki, ortaq mövqe Holokost qurbanları və onların övladlarına mühüm rəğbət siqnalıdır. O, bu addımı, həmçinin Avstriyanın tarixi cavabdehliyi kimi qiymətləndirib: “Bu günə kimi nasizmdən qurtulmaq üçün ölkəni tərk etməyə məcbur olan insanların ailə üzvlərinin Avstriya vətəndaşlığı yoxdur və bu haqsızlıq, ortadan qaldırılacaq. Əgər onların sələfləri nasistlərdən qaçıb Avstriya vətəndaşlığını itirmək məcburiyyətində qalmalı olmasaydılar, ikili vətəndaşlıq veriləcək şəxslər bu gün əslində Avstriya vətəndaşı olmalı idilər”.

Parlamentdə təmsil olunan kiçik partiyaların rəhbərləri də qanun layihəsinə müsbət mövqe nümayiş etdiriblər.

Qeyd edilməlidir ki, Avstriya ikili vətəndaşlığı qanunla qadağan edən ölkələr sırasındadır. Nasionalsosialm və faşizm qurbanları indiyədək Avstriya vətəndaşlıqlarını bərpa etmək istəyərkən, sığındıqları ölkənin vətəndaşlığını saxlamaq hüququna da malik idilər. Yeni qanun layihəsi bu qaydanın həmin şəxslərin ailə üzvlərinə də şamil olunmasını nəzərdə tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi