Arxiv
14 Sentyabr 2019, 13:02 | AKTUAL
Onlar Polis andı içdilər...

Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların sentyabrın 14-də andiçmə mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin qayğısı ilə inkişaf yoluna çıxan, ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı ilə ən müasir ali təhsil müəssisələrindən birinə çevrilən Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiya daxili işlər orqanları üçün yüksək səviyyəli ali hüquq təhsilli zabit kadrlar hazırlayır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.

N.Əliyev əminliyini bildirib ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq. Akademiyanın rəisi kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinədək öyrənməyi tövsiyə edib.

Sonra Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantlar polis andını içiblər.

Kursantlar çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.

Mərasim  “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidlə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:33 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20 Bu il əmək yarmarkalarında iş tapanların sayı... 19 Oktyabr 2019, 13:08 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə çağırış etdi 19 Oktyabr 2019, 12:57 Bu partiya Milli Şuranın icazəsiz mitinqində iştirak etməyəcək 19 Oktyabr 2019, 12:53 Bakının “28 may”, "Cəfər Cabbarlı" və “Xətai” stansiyaları müvəqqəti bağlandı  - Mitinqə görə 19 Oktyabr 2019, 12:44