Arxiv
15 Sentyabr 2019, 23:49 | AKTUAL
“Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında IV turun “Qarabağ” – “Neftçi” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm. Çətin və vacib qələbə qazandıq. Uzun fasilədən sonra istər-istəməz oyunun ritmi itir. Amma nə qədər çətin olsa da, futbolçular sona kimi mübarizə apara bildilər. “Neftçi”yə də uğur arzulayıram.



- Oyuna baxanda belə təəssürat yarandı ki, komanda ideal çıxış edir. “Sevilya” ilə matçdan əvvəl hansı məqamlar sizi narahat etdi?

- Bəzi futbolçularımızın oyun ritmindən düşdüyünü qeyd etdim. Yorğunluq başladıqca top itkiləri yarandı. Bu gün “Neftçi” bağışladı, amma “Sevilya” belə səhvləri bağışlamayacaq. Top bizdə az ola bilər, çalışmalyıq ki, həmin anlarda səhvsiz oynayaq. Oyunçuların performansı daha yaxşı olacaq. O futbolçular top itirirdi ki, hansı ki, bunu etməməlidilər. Daha didqqətli və konsentrasiyalı olmalıdılar.

“Neftçi” yaxşı pressinq edirdi. Bu amil də var. Hər bir halda, daha səliqəli oynamağa çalışmalıyıq.



Mövsümün əvvəlində “Neftçi”nin sizə rəqib ola biləcəyi düşünülürdü. Ancaq rəqib baş məşqçi də sizdən əvvəl “Qarabağ”ın gücünü qeyd etdi. Fikirləşmək olarmı ki, çempionluğu əziyyətsiz qazanacaqsınız?

- Yox, qətiyyən belə düşünmürəm. Keçən il də şahid olduq ki, məğlubiyyətlər oldu. Futbol elə oyundur ki, bu fikirlə yanaşsaq, uduzmuş olarıq. Hər oyuna daha ciddi yanaşmalıyıq. Xoş haldır ki, “Neftçi” ilə xal fərqi çoxdur. Ancaq bu, heç nə demək deyil. Qarşıda çox oyun var. İndidən çempionluğu düşünsək, bizə ziyan verər.

 

Asmir Beqoviçin performansından razı qaldınız?

- Bugünkü matçda yaxşı idi. Amma son 4 ayda rəsmi oyunlara çıxmamışdı. Təcrübəsi sayəsində bunu aradan qaldıra bilər. Hər bir halda düşünürəm ki, belə matçlarda təcrübəsi bizə fayda verəcək.

Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin avrokubokda debüt etmək şansı nə qədərdir?

- Bunu qarşıdakı oyunlar göstərəcək. İndi bir söz deyə bilmərəm. Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər. Burda özünü təcrübəli hiss etməli, sabit və soyuqqanlı olmalıdır. Ondan sonra daha yaxşı olar.

Bugünkü oyunun ən yaxşılarından Ailton niyə görəsə aqressiv idi...

- Onun aqressiv olmadığı anı görməmişəm. Oyundankənar başqa, meydandakı başqa. Bu, məni narahat edir. Onun xarakterində zəiflik var. Daha sabit oynamaq üçün futboldankənar aqressivliyi kənara atmalıdır. Bu olmasa, həm özünə, həm də bizə mane ola bilər.

- Sanki meydanda da problemlər var idi...

- Düzdür, bir qədər ağır idi. İndi belə dövrdür. Mütəxəssislərin dediyinə görə, torpağın yumşaq vaxtıdır. Bu, futbolçulardan əlavə güc alır və məni narahat edir, zədəyə də gətirib çıxara bilər. Başqa variantımız yoxdur. Düşünürəm ki, “Sevilya” ilə matçda daha yaxşı olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Goran Regional Aqrotexnika Mərkəzində fermer və sahibkarlarla birgə toplantı keçirilib   5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 DİM kolleclərə qəbulla bağlı yeni model haqda məlumat yaydı 5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə məcburi köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00 ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi 5 mart 2021, 00:54 ABŞ-dan sunami xəbərdarlığı 5 mart 2021, 00:39 Helikopter qəzasında həlak olan general kimdir? - FOTO 5 mart 2021, 00:24 Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı 5 mart 2021, 00:08 Bakıda muzdla işləyənlər 1000 manata yaxın əməkhaqqı alır? 4 mart 2021, 23:56 Ermənistanın Dövlət Mühafizə Xidməti Paşinyanın tabeçiliyinə keçir 4 mart 2021, 23:42 Ukraynada pandemiyanın üçüncü dalğası başlayıb 4 mart 2021, 23:28