Arxiv
16 Sentyabr 2019, 10:43 | AKTUAL
Akademiklər Şəkidə iclas keçirdilər

 14 sentyabr 2019-cu il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA-nın müşaviri akademik Qərib Məmmədov, BTEB-in akademik-katibinin müavini AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və BTEB-in akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov, Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, regional elm və təhsil müəssisələrinin təmsilçiləri AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) olublar.

Modern.az xəbər verir ki, onlar ŞREM-in əsas binasında təşkil edilmiş sərgi ilə, ayrı-ayrı şöbələrdə elmi fəaliyyət üçün yaradılmış şəraitlə tanış olub, müxtəlif bitki növlərinin, sortlarının yetişdirildiyi və mühafizə olunduğu bağ sahəsinə baş çəkib, mövcud problemlər barədə fikir mübadiləsi aparıblar. Qonaqlar həmçinin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin sınaq-təcrübə laboratoriyasına baş çəkərək, burada həyata keçirilən tədqiqat prosesləri ilə bağlı məlumatlandırılıblar.

Daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında BTEB-in bürosu ilə ŞREM-in birgə iclası keçirilib. İclasa sədrlik edən akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Yusif Şükürlü rəhbərlik etdiyi müəssisənin son illərdəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas yekunları barədə məlumat verib.

 İclasda BTEB-in institutlarının Şəki-Zaqatala bölgəsində bu günə qədər apardıqları tədqiqatlar və gələcək planlar haqqında akademik İradə Hüseynovanın və AMEA-nın müxbir üzvü Zeynal Əkbərovun məlumatları dinlənilib.

Akademik Əhliman Əmiraslanov müzakirələrə yekun vuraraq özünün proqram xarakterli çıxışında hər bir problemə həssas münasibətini bildirib, onların mövcudluğunu şərtləndirən səbəblərə aydınlıq gətirib, bəzi problemlərin həlli ilə bağlı lazımi tapşırıqlar verib, müvafiq tədbirlərin layihələndirilməsinin, sistemli şəkildə və vaxtında icrasının vacibliyinə diqqət çəkib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 100 il əvvəlki sələflərini belə yad etdi - VİDEO 2 İyun 2020, 09:00 “Deputat olmaq üçün xüsusi ali məktəb oxumaq lazım deyil” - MÜSAHİBƏ 2 İyun 2020, 08:53 İrəvanı bizdən alan QÜVVƏ - FAKTLAR 2 İyun 2020, 08:43 Könül Xasıyevaya ağır itki üz verib -FOTO 2 İyun 2020, 08:34 Yerə doğru təhlükəli asteroid yaxınlaşır 2 İyun 2020, 08:00 İsmayıllıda meşədə itən oğlan TAPILDI 2 İyun 2020, 07:50 Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38 Helikopter qəzasında 4 nəfər öldü 2 İyun 2020, 00:23 Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20