Arxiv
16 Sentyabr 2019, 18:27 | AKTUAL
DİN-də geniş kollegiya iclası keçirilib

Bu gün Daxili İşlər Nazirliyində (DİN) “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyini bildirib. O, müvafiq sahələrdə əməliyyat-xidməti fəaliyyətin məqsədyönlü təşkilinin insan hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin etibarlı qorunması, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

 

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis  general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edərək əldə edilmiş nəticələrdən, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün görüləcək işlərdən danışıblar. 

 

Məruzələr ətrafında ayrı-ayrı şəhər, rayon polis orqanlarının rəisləri çıxış edib.

 

Daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.

 

Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin də vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu xatırladan nazir bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsinin, cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın istintaq və təhqiqat prosesində ödətdirilməsinin, polisin səlahiyyətinə aid məsələlərlə əlaqədar göstərilən xidmətlərin nümunəvi təmin edilməsinin hər bir orqan rəisinin gündəlik nəzarətində saxlanılmasının vacibliyini nəzərə çatdırıb.  

 

V. Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi  heyəti qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və  əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, daha böyük əzmlə çalışacaqdır. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08 Repçi anası ilə birgə yanaraq öldü 25 May 2020, 21:53 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB 25 May 2020, 21:42 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı 25 May 2020, 21:32 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında - YENİLƏNİB 25 May 2020, 21:14 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 25 May 2020, 21:08 Qazaxda ikimərtəbəli ev yandı 25 May 2020, 21:01 “Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir” - İlham Əliyev 25 May 2020, 20:47 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA - YENİLƏNİB 25 May 2020, 20:33 Daha bir ölkədə teatrlar açılır 25 May 2020, 20:16 Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü 25 May 2020, 20:09 Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi 25 May 2020, 20:02 Keçmiş səfir Elmar Məmmədyarovu müdafiə etdi: “Vicdanınız olsun, montajdır!” - VİDEO 25 May 2020, 19:57 Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaltdı 25 May 2020, 19:41 Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54